dini radikalizm və ekstremizmlə mübarizə

Seyyid olmaq Allahın əzabından qurtulmaq və ya insanların üzərində üstünlük qazanmaq demək deyil


"SEYYİD" OLAN KƏS, GƏRƏKDİR Kİ, HƏR İKİ TƏRƏFDƏN SEYYİD, ÜSTƏLİK ƏRƏB MƏNŞƏLİ OLMALIDIR: QONDARMA SEYYİD OLMUR

Seyyid olmaq Allahın əzabından qurtulmaq və yaxud da ki, hörmət sahibi olaraq insanların üzərində üstünlük qazanmaq demək deyil......

Əziz insanlar! Bilməyənlər bilsinlər ki, "Seyyid" sözü ərəb sözüdür, Azərbaycan türkcəsindəki mənası isə "Ağa" deməkdir. Həzrəti Məhəmməd peyğəmbərin(s.a.s) böyük nəvəsi Həzrəti Həsənin(r.a) şəcərəsindən olanlar "Şərif", kiçik nəvəsi Həzrəti Hüseynin(r.a) şəcərəsindən olanlar isə "Seyyid" adlanırlar. Ümumilikdə Peyğəmbərimizin(s.a.s) mübarək nəsli-şərifindən olanlara hörmət naminə "Seyyid" deyirlər.

Nədənsə Azərbaycanda həqiqi seyyidlər ilə yanaşı, qondarma seyyidlər də vardır. İlk olaraq onu qeyd etmək istəyirəm ki, "Seyyid" olan bir insanın həm ata-anası, yəni ki, hər iki tərəfi seyyid olmalıdır və həm də ki, milliyyətcə ərəb mənşəli olmalıdır. Qeyri-ərəb mənşəlilər "Seyyid" ola bilməzlər. Bu, həm məntiq baxımından və həm də ki, dini cəhətdən heç də düzgün deyildir.

Bir də ki, Peyğəmbərin(s.a.s) şərəfli soyundan olmaq zahirən nə qədər şöhrət qazandırsa da belə, lakin bu səbəb həmin insanı Allahın əzabından qoruya bilməz. Məsələn, Həzrəti Məhəmməd(s.a.s) öz sevimli qızı Həzrəti Fatiməyə(r.a) belə buyurmuşdur: "Qızım, peyğəmbər qızı olmağın səni Cəhənnəm odundan qurtara bilməz!" Rəvayətə görə, Həzrəti Hüseynin(r.a) oğlu İmam Zeynalabudin(r.a) bir gün üzünü müqəddəs Kəbə evinə dayayaraq ağlayırmış. Bir kimsə ondan bunun səbəbi soruşarkən, İmam Zeynalabudin(r.a) cavabında: "Cəhənnəm əzabından qorxuram!" deyib. Həmin adam "Siz peyğəmbərin övladısınız. Şübhəsiz ki, yeriniz Cənnətdir!" dedi. İmam Zeynalabudin(r.a) isə "Peyğəmbərin nəslindən olmaq məni Cəhənnəm əzabından qurtarmaz!"-deyə, cavab vermişdir.

Əgər müqəddəs İslam xadimləri olan bu cür böyük bir şəxsiyyətlər bunu etiraf etmişdirlərsə, o zaman, Azərbaycanda peyda olan saxtakar seyyidlər bundan nə üçün istifadə edirlər?! Təbii ki, bunların hamısı qazanc və ticarət mənbəyidir. Daha doğrusu, bununla öz maddi maraqlarını güdürlər. Ancaq həmin fırıldaqçılar onu da bilməlidirlər ki, Peyğəmbərin(s.a.s) adından istifadə etmək ən böyük günahlardandır.

Üzr istəyirəm, saxta seyyidlər "Seyyid" adından istifadə etmək azmış kimi, hələ bu adın altında gizlənərək zənən xeylağlarını Cəhənnəm əzabı ilə qorxudaraq onlarla kef çəkir, ciblərini doldururlar.

Ərtoğrul Mehdizadə

Oxunub: 620
Oxşar xəbərlər
SON XƏBƏRLƏR