dini radikalizm və ekstremizmlə mübarizə

Uşaqlığımın xatirəsi olan daş


Djb.az xəbər verir ki, Tanınmış aktyor Rəşat Kəsəmənli sosial şəbəkə hesanıda dostları ilə uşaqlıq xatirəsini paylaşıb.
Yəqin ki, bu daşı çoxunuz görmüsüz "Filarmoniya"-yanın arxasındakı parkda. O daş orda uzun illərdir ki var. Hətta park yenidən abadlaşdırıldıqdan sonra da həmin bu daşı elə demək olar ki, əvvəl durduğu yerə qoydular. Uşaqlığımın xatirəsidir. Hər dəfə yanından keçəndə qəribə hisslər keçirirəm. Çünki uşaq vaxtı atam bizi ora tez-tez aparardı dondurma yeməyə. Sonra da bu parkda onunla oynayardıq. Bir dəfə atamla oynayanda onu tapa bilmədim və ağlamağa başladım. Atam həmin bu daşın arxasından çıxıb məni qucaqladı. O qədər sevinmişdim ki. 2003-cü ilin oktyabrın ayının 15-i isə atam həmişəlik "daşın" arxasında gizləndi. Beləliklə də bu gizlənpaç oyunu mənim məğlubiyyətimlə bitdi. İndi də hər dəfə o parkdan keçəndə Atamın daşın arxasından çıxıb mənə sarılacağını gözləyirəm. Sevdiklərinizin hər anını dəyərləndiririn. Bir gün xatirəyə çevriləndə toxunduları ən ucuz əşyalar belə sizə doğma olacaq amma onlu günləri əvəz etməyəcək.
Səni çox sevirəm Atam. Bir gün axirətdə görüşmək ümidiylə.... ALLAH rəhmət eləsin.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR