dini radikalizm və ekstremizmlə mübarizə

Yeni dərs ilində ilk pedaqoji şura


İmişli rayonunun R. Məmmədov adına Əliqulular kənd tam orta məktəbində sentyabrın 21-də 2021-2022-ci tədris ilinin ilk Pedaqoji Şura iclası oldu.
İclasda qarşıda duran vəzifələr müzakirə edildi, pandemiya şəraitində məktəbdə sanitar-epidemoloji və gigiyenik qaydalara əməl olunmasının zəruriliyi göstərildi.
Məktəbin direktoru Səxavət Tağlar (Tağıyev) “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin” aparılması Qaydası” ilə bağlı Təhsil Nazirliyinin 15.09.2021-ci il tarixli “Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyələr”i kollektiv üzvlərinin nəzərinə çatdırdı və geniş müzakirə aparıldı.
Pedaqoji Şurada 27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı məktəbin tədbirlər planı təsdiq olundu, bütün siniflərdə ilk dərsin “Qarabağ Azərbaycandır” mövzusuna həsr olunması göstərildi.




Oxşar xəbərlər
SON XƏBƏRLƏR