» » Azərbaycan müdafiə təyinatlı məhsulların istehsalını 1,8 dəfə artırıb

Azərbaycan müdafiə təyinatlı məhsulların istehsalını 1,8 dəfə artırıb

  • 25-01-2017, 07:24
  • Gundem
  • 272
Azərbaycan müdafiə təyinatlı məhsulların istehsalını 1,8 dəfə artırıb 2016-cı ildə Müdafiə Sənayesi Nazirliyin (MSN) müəssisələrində istehsal olunan məhsulların ümumi həcminin 86 faizini müdafiə və xüsusi təyinatlı, 14 faizini isə mülki təyinatlı məhsullar təşkil edib.

Verilən xəbərə görə, MSN-də 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiyada bildirilib ki, 2015-ci illə müqayisədə müdafiə təyinatlı məmulatların istehsalında 1,8 dəfə artım əldə olunub.

Qeyd olunub ki, hesabat ilində sifarişçilərə təhvil verilmiş məmulatlardan - pilotsuz uçuş aparatlarını, minaatanları, AK-74M tipli avtomatı, universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, “Matador” və “Marauder” tipli zirehli transportyorları, avtomatik qumbaraatan kompleksini, zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, atəş yığımlarını, tank əleyhinə əl qumbaraatanı üçün qumbaranı, təlim aviasiya bombalarını və s. göstərmək olar.

2016-cı ilin Yaradılma Proqramına əsasən nazirliyin müəssisələri tərəfindən daxili imkanlar hesabına 4 məmulat, 53 mərhələ üzrə təcrübi-konstruktor işləri başa çatdırılıb və silahlanmaya tövsiyə olunub. 2016-cı ildə aparılan məqsədyönlü işlər nəticəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində müvafiq proqramlar əsasında bir sıra yeni növ müdafiə və mülki təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində intensiv işlər həyata keçirilib. Hesabat dövründə nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eyni zamanda, mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031