dini radikalizm və ekstremizmlə mübarizə

Tanışlıqlarının 11-ci il dönümünü qeyd edirdilər.


O, həmin anları bir-bir xatırlayıb dilə gətirirdi. Bu tanışlıq, bu sevgi, həyat hekayəsi sanki bir roman idi.
İnsan, müşahidə etdikcə bir anda nələr düşünüb, hansı hislərin keçirdiyini ancaq, bu mənzərəni müşahidə edənlər görə bilərdi.
Sanki, 11 il öncəki anı, o tanışlığı, bir-birlərinə dedikləri o xoş kələmələri indi təkrarən yaşayırdılar.
O, baxırdı, susurdu.
Vəfalı, sadiq, mərd xanımı isə durmadan o anları danışıb, o gözəl xatirələri yenidən dilə gətirirdi.
Mən və mənimlə bərabər bu mənzərəni müşahidə edənlər susqun vəziyyətdə donub qalmışdıq.
Sözlər tükənmiş, cümlələr aciz.
Hər zaman olduğu kimi, günlərin birində dostlarımızla yenə də həmin ünvanlardan birinə getdik.
Həmin ünvanlar - hər birimiz üçün ən qiymətli, ən ali ünvan və məkanlardır.
Şəhidlər Xiyabanı - yenicə başlamışdıq Şəhidlərimizi ziyarətə. Kənardan gördüyümüz bu mənzərə hər birimizin diqqətini cəlb etməyə bilməzdi.
Biri, 11 il öncəki ilk tanış olduqları xatirələri xatırlayıb danışan Şəhidimizin xanımı, digəri dinləyən - məzarda uyuyan Şəhid qardaşımız.
Allah ədalətlidir, bəşəriyyət (insan) isə zülmkar.
Müharibə, neçə-neçə bir-birirlərini sevən, sədaqətli insanlarımızı ayrı saldı. Neçə-neçə bacılarımız belə gözü yaşlı qaldı.
Nə qədər desəkdə ki, həyat davam edir. Onlar həyatlarının qalan hissəsini rəngarəng deyil, ancaq qara geyinməklə yaşamaq məcburiyyətindədirlər.
Bu mənzərəni müşahidə etdikcə, insanın damarında qanı donurdu sanki.
Qara geyimli şəhidimizin xanımı, həyat yoldaşının baş daşına sarılıb ötən xatirələri danışdıqca ağlayırdı.
Əlimizdən nə gəlir, nə edə bilərik ?!
Deyiləcək sözlər təsirsiz, cümlələr mənasız idi.
Onların baş-başa qalması daha yaxşı olardı.
Bəli, həyat budur.
Acımasız, zalım.
Ancaq, bu sevgi, bu sədaqət hər zaman ali və yüksək olaraq qalacaqdır.

Qazi_Ülvi Qədir

Oxunub: 445
Oxşar xəbərlər
SON XƏBƏRLƏR