dini radikalizm və ekstremizmlə mübarizə

PEDAQOJİ ŞURA: NÖQSANLARA AYNA TUTULDU



İmişli rayonunun Əliqulular kənd R. Məmmədov adına tam orta məktəbində növbəti Pedaqoji Şura iclası oldu. İclasın sədri, məktəbin direktoru Səxavət Tağlar (Tağıyev) gündəlikdə duran məsələləri elan etdi.

1. I-VIII və X sinif şagirdlərinin müvafiq olaraq yuxarı siniflərə keçirilməsi barədə (Məktəbin direktor müavini A. İmranov).

2. IX və XI sinif şagirdlərinin Dövlət İmtahan Mərkəzi tərəfindən aparılmış yekun qiymətləndirilməsinin (attestasiyasının) nəticələri (Məktəbin direktoru S. Tağıyev).

3. Yay məktəbini təşkili barədə (Məktəbin direktor müavini P. Kərimova).

Müzakirələrə başlamamışdan əvvəl respublikanın Əməkdar müəllimi, məktəbin direktoru Səxavət Taglar (Tağıyev) onu da qeyd etdi ki, uğurlarımız öz əlimizdədir, yaxşı olar ki, nöqsanlarımıza ayna tutaq, onun aradan qaldırılması yollarından danışaq. Odur ki, hər 3 arayışda məktəb üzrə görülmüş işlər, qarşıda duran vəzifələrlə bərabər nöqsan və çatışmazlıqlar da geniş müzakirə olundu. Pedaqoji Şurada yay məktəbinin uğurlu təşkili istiqamətində fikirlər səsləndi, hər 3 məsələ barədə müvafiq qərarlar qəbul olundu.

Pedaqoji Şuranın işində İmişli RTŞ-nın məsləhətçisi Atakişi Məhərrəmli iştirak edib, tövsiyələrini verdi və yay məktəbinə gələn şagirdlərlə görüşdü.







Oxunub: 2 042
Oxşar xəbərlər
SON XƏBƏRLƏR