dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün bütün dünyanın gözü Şuşadadır - Prezident

Bu gün bütün dünyanın gözü Şuşadadır - Prezident

Biz bu gün Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Azərbaycan bu səfər səbirsizliklə gözlənilirdi və böyük maraq doğurur.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı deyib:

“Bu gün qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır. Şuşa keçən il noyabrın 8-də işğaldan azad edildi. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan sıldırım qayaları görərkən, görür ki, bu alınmaz qala sayılan şəhəri azad etmək böyük qəhrəmanlıq, peşəkarlı, şücaət tələb edirdi”.

Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının ölkələrimizin birliyini nümayiş etdirdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi başlanan ilk gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, qəti və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.

Oxunub: 441
Oxşar xəbərlər
SON XƏBƏRLƏR