dini radikalizm və ekstremizmlə mübarizə

Daha 4 Vətən müharibəsi iştirakçısı vəzifəyə təyin olundu

Daha 4 Vətən müharibəsi iştirakçısı vəzifəyə təyin olundu

Masallıda 4 Vətən müharibəsi iştirakçısı yeni vəzifələrə təyin olunub.

Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Həbib Həbibov Masallı Rayon İcra Hakimiyyəti başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şahmar Əkbərov Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi, Samir Həsənzadə Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi-baş mühasibi və Aqşin Şahin oğlu Quliyev Masallı rayon Heydər Əliyev Mərkəzində elmi işçi vəzifələrinə təyin olunublar.

Qeyd edək ki, H.Həbibov Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Qüsursuz xidmətlərə görə” III dərəcəli, “Qüsursuz xidmətlərə görə” II dərəcəli, “Qüsursuz xidmətlərə görə” I dərəcəli və “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalları ilə, Ş.Əkbərov “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunublar.

Oxunub: 392
Oxşar xəbərlər
SON XƏBƏRLƏR