dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid Yunis Əliyevin xatirəsinə bulağın açılışı olmuşdur


Djb.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri Vətən Müharibəsinin şəhidi Əliyev Yunis Zaur oğlunun xatirəsinə Bülbülə qəsəbəsində inşa edilmiş bulağın açılışında iştirak ediblər.
Qeyd edək ki, 2000-ci ildə Bakı şəhərində anadan olmuş və təhsilini əvvəl Bülbülə qəsəbəsi 232 nömrəli, daha sonra 327 nömrəli tam orta məktəbdə almış Yunis Əliyevin uşaq yaşlarından hərbi sahəyə və idmana böyük həvəsi olmuşdur.
O, 2020-ci ildə hərbi xidmətə yollanmış və Vətən Müharibəsi başlayarkən ön cəbhədə düşmənlə üz-üzə vuruşmuşdur. Suqovuşanın azad olunmasında fəal iştirak edən Yunis Əliyev qəhrəmanlığı və şücaəti ilə düşmənin neçə-neçə canlı qüvvəsini məhv etmiş, oktyabrın 5-də Ağdərənin azad olunması uğrunda gedən qızğın döyüşlərdə çiyin-çiyinə vuruşduğu döyüş yoldaşlarını müdafiə edərkən və döyüş tapşırığını layiqincə yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur. Yunis Suraxanı rayonu Bülbülə qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Şəhidimiz Yunis Əliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə, Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Laçının azad olunmasına görə" medalı ilə təltif edilmişdir.
Şəhidimizin doğmaları göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.




Oxunub: 453
Oxşar xəbərlər
SON XƏBƏRLƏR