dini radikalizm və ekstremizmlə mübarizə

Jirinovski: Almaniyanı məhv etmək lazımdır!

Jirinovski: Almaniyanı məhv etmək lazımdır!

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski Almaniyanın dövlət kimi məhv edilməsi fərziyyəsini irəli sürüb.

Djb.az axar.az-a istinadən xəbər verir ki, partiya lideri bu barədə “Komsomolskaya Pravda”ya açıqlamasında deyib.

“Almanlar, doğrudur, onları dövlət kimi məhv etmək lazım idi. Onlar olmamalı idilər. Birinci Dünya müharibəsini başlatdılar və milyonlarla insan öldü. Bizi isə İkinci Dünya müharibəsində dünyanı xilas etdiyimiz üçün alçaldırlar”, - deyə Jirinovski bildirib.

Onun sözlərinə görə, inqilab baş verməsəydi, Rusiya hərbçiləri 1917-ci ilin noyabrından bəri Almaniyada dayanacaqdı.

Oxunub: 363
Oxşar xəbərlər
SON XƏBƏRLƏR