dini radikalizm və ekstremizmlə mübarizə

AĞIR İTKİ

Baxış Sayı:85


Gözəl insan, Türk dünyasının böyük şairi Fikrət Sadığın ailəsində olan ağır itki hər kəs kimi məni də çox üzdü.Bir müddət öncə mənim üçün övladım qədər dəyərli və əziz olan Aysel Fikrət qardaşı Günəl müəllimin qaraciyərində xərçəng olduğunu mənə söylədi.Onun ağlamaqdan səsi belə çıxmırdı.Çox çarəsizdim.Azərbaycanda onkoloqların sağaldacağını boynuna götürməməsinə görə durumun çox gec qaldığını öyrəndim.Xəttin o başında məndən ümid dolu kəlimələr gözləyən Ayselimə cavab verməyə çox çətinlik çəkərək nə qədər təskinlik versəm də özüm öz dediyim yalan təsəllimdən utanır, bu xəstəliyin çarəsi daha çox gecdi deyə bilmədim.Qardaşı Orxan Fikrətoğlunun onu qardaş Türkiyə xəstəxanasına apardığını bildim, amma, aparmayın deməyə dilim gəlmədi.Ayselin öndə çəkəcəyi dərdin böyüklüyünü düşündüm,çünki Ayselin ürəyində də problem olması nigarançılığımı artırdı.Bəzən çəkinərək vəziyyətin nə yerdə olmasını soruşsam da çox ehtiyat edirdim.Anasının oğlunun bu zalım dünyaya qonaq olduğunu da deyə bilmirdi Aysel.
Adana yolçuluğunda onun gülər üzü, qəm dolu dərin baxışları diqqətimi çəkmişdi,özümə çox doğma gələn bu xanımın sevdiyim şair Fikrət Sadıq yadigarı olduğunu bildikdə isə onu bağrıma basıb çox sevinmişdim.Erzuruma da bərabər getdik, bərabər qaldıq və Aysel ürəyimin ən yaxın, doğma sakininə çevrildi.
Ayselin o gülüşünü ,o duruşunu istəyirəm.
Ailəsinə bağlılığı çox fərqli olan Ayselim qardaşının vaxtsız gedişindən çox sarsılıb, onsuzda dərd yükünün ağırlığına tab gətirə bilməyən bir balaca ürək dünya boyda bu dərdə dözüb tab gətirəcəkmi, Allahım?...
Qardaşı Orxanın uşaq kimi hönkürtüsünü unuda biləcəkmi?...Allahım, sən özün qoru Ayselimi və Orxan Fikrətoğlunu, sən onlara səbr ver.
Vaxtsız dünyasını dəyişən Günəl qardaşımıza Allah rəhmət eləsin.

Aybəniz Qaragilə Qafarlı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR