dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədr əvəzi Qalib Əliyev və Birliyin icraçı direktoru Zamin Zeynal Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Qənirə xanım Paşayeva ilə görüşdü.

Baxış Sayı:154


“VMƏK”İB-in idarə heyyəti fəalları Millət vəkili Qənirə xanım Paşayevanın 44 günlük vətən müharibəsi dövründə, torpaqlarımızın azadlığı uğurunda gedən döyüşlərdə müzəffər ordumuzun ön sıralarında fədakarcasına xidmət göstərərək Ali Baş Komandan cənab İlham Əliyevin hərbi qulluqçularla bağlı əmir və tapşırıqlarını layiqincə yerinə yetirərək xalqımıza qələbə zəfəri bəxş etmiş Şəhidlərə, Şəhid ailəri və Qazilərə göstərdiyi diqqət və qayğı ilə yanşı milli, vətənpərvər ruhlu fəaliyyətinə görə Birliyin sədri Qurban Məmmədovun adından fəxri diplom və xarı bülübün simvolu ilə yanaşı Azərbaycan xəritəsinin də yer aldığı hədiyyəni iltifatla təqdim etdilər.

Görüş zamanı Komitə sədri ilə milli, mədəni, vətənpərvər ruhunda qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edərək bu cür ictimai əhəmiyyətli görüşlərin, birgə vətənpərvər təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətindən danışıdılar.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədri Qurban Məmmədov başda olmaqla idarə heyyətinə ona göstərilən diqqətə, vətənpərvər və fədakar fəaliyyətə görə təşəkkürünü bildirdi.

Qeyd edək ki, görüşün sonunda Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Millət vəkili Qənirə xanım Paşayeva Birliyinin idarə heyyətinin fəallarına hədiyyələr təqdim etdi.


Hörmətlə,



Nicat Abbas,
Koordinator

//Tel.: (+994 12) 428 64 05
Mob.:(+994 50) 722 11 50//

Oxşar xəbərlər
SON XƏBƏRLƏR