dini radikalizm və ekstremizmlə mübarizə

“Qarabağı Azərbaycanın hesab etməyənlər bacarırlarsa, ..." - Maksim Şevçenko

“Qarabağı Azərbaycanın hesab etməyənlər bacarırlarsa, ..." - Maksim Şevçenko

Tanınmış rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Qarabağın heç bir statusda Azərbaycanın bir hissəsi ola bilməyəcəyi barədə İrəvanda yayılan fikirlərə aydınlıq gətirib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, o, verdiyi müsahibədə bunları boş söhbət adlandırıb:

“Bu, daxili auditoriya üçün nəzərdə tutulmuş mənasız söhbət kimi qəbul edilməlidir. Deyirlər, Qarabağ heç bir statusla Azərbaycanın bir hissəsi olmayacaq? Bacarırlarsa, bu seçimi dəyişdirməyə çalışsınlar (gülür – red.)”.

Şevçenko İrəvanda Qarabağla bağlı yayılan “ən vacib prinsip xalqın öz müqəddəratını təyinetmə hüququdur” mesajına da fikir bildirib:

“Bəs bu prinsip niyə yalnız erməni xalqına aiddir, azərbaycanlılar niyə unudulub? Vudro Vilsonun manifestində (1918-ci ildə ABŞ Prezidenti Vudro Vilson millətlərin öz müqəddəratını təyinetmə hüququnu da özündə cəmləşdirən “On dörd Nöqtə və Dörd Prinsip”i ABŞ Konqresinə təqdim edib – red.) söhbət xalqların öz müqəddəratlarını təyinetmə hüququndan yox, millətlərin hüququndan gedirdi. Millət isə xalq deyil”./caliber/

Oxunub: 351
Oxşar xəbərlər
SON XƏBƏRLƏR