dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Prezidenti: “İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun inkişafına böyük ehtiyac var”

Azərbaycan Prezidenti: “İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun inkişafına böyük ehtiyac var”

“Gələcək əməkdaşlığımızla bağlı fikir mübadiləsi aparmaq, birgə addımlarımızı planlaşdırmaq üçün yaxşı fürsətdir. Çünki bu vaxta qədər əməkdaşlıq çox uğurlu olub. Mən elə indicə məlumata baxdım. Biz 47 layihə həyata keçirmişik və onların bəziləri hələ icra mərhələsindədir”.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Dünya Bankının regional direktoru Sebastian Molineusu qəbul edərkən bildirib.

Prezident deyib ki, ümumi paket təxminən 4 milyard ABŞ dolları təşkil edir: “Bizim inkişafımızın çox vacib sahələrinə, infrastruktura göstərdiyiniz dəstəyə görə sizə minnətdarlığımı ifadə etmək istəyirəm. Eləcə də, TANAP-ın maliyyələşdirilməsi ilə bağlı verdiyiniz dəstəyə görə sizə xüsusi təşəkkürümü bildirirəm. Bu da maliyyə baxımından, həm də digər maliyyə institutlarına müəyyən siqnalın verilməsi baxımından çox önəmli idi. Çox şadam ki, artıq layihənin açılışı olmuşdur”.


Cənub Qaz Dəhlizinin tam olaraq 3 aydır fəaliyyət göstərdiyini deyən Azərbaycan Prezidenti bildirib ki, bu, yalnız başlanğıcdır: “Əlbəttə ki, biz “Doing Business” proqramında mövqeyimizi yaxşılaşdırmağımızla çox fəxr edirik. Biz 191 ölkə arasında 28-ci mövqedəyik. Bu, bizim üçün həqiqətən də mühüm nailiyyətdir. Lakin əlbəttə ki, biz islahatları davam etdirəcəyik və mən əminəm ki, görüşümüzdə biz bunu müzakirə edəcəyik”.

Dövlət başçısı qeyd edib ki, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə yeni imkanlar var: “Orada infrastrukturun inkişafına böyük ehtiyac var. Çünki bütün infrastruktur dağıdılmışdır və insanları qaytarmaq üçün biz əlbəttə ki, minalardan təmizləmə işlərini, sonra isə yenidənqurma işlərini həyata keçirməliyik. İnfrastruktur layihələri olmadan məcburi köçkünləri və qaçqınları qaytarmaq mümkün olmayacaq. Odur ki, biz bu məsələlərdə də Dünya Bankı ilə əməkdaşlığa güvənirik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Oxunub: 381
Oxşar xəbərlər
SON XƏBƏRLƏR