dini radikalizm və ekstremizmlə mübarizə

Şərəfli yolun yolçusu

Baxış Sayı:104


Azadlıq mübarizəsi qansız, qadasız ötüşmür təbii. Vətənin dar günündə fədai oğullar doğma torpaq uğrunda canından, qanından belə keçərək Vətən torpağının müdafiəsinə qatılırlar. Məhmət Əmin Yurdaqul "Ya şəhid ol, ya qazi" deyərək başqa yolun olmadığını qeyd edir.
Otuz ilə yaxın idi ki, tarixi torpaqlarımız yağı tapdağında inləyirdi. Atı, qılınc-qalxanı və yapıncası ilə dünya düzənini dəyişən, at belində vuruşaraq cild-cild kitablara sığmayan səhifələri zəfərlərlə dolu tarix yazan Türk oğlu Türk Vətənin cənnət parçasının düşmənin murdar çəkmələri altında qalmasına uzun müddət dözümlülük nümayiş etdirə bilməzdi. Odur ki, ötən il sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatı - Vətən müharibəsində oğullar səf-səf olaraq düşmənə nifrət hissinə köklənərək könüllü olaraq, göz qırpmadan ön cəbhəyə yollandılar.
Vətən uğrunda azadlıq müharibəsinə qoşulanlardan biri də əsgər Şıxməmmədov Hikmət Azər oğlu oldu.
Şixməmmədov Hikmət Azər oğlu 6 dekabr 1995 -ci ildə Ağstafa rayonunun Dağkəsəmənli kəndində anadan olmuşdu. İqtisadiyyat Universitetində ali təhsil almışdı. Qismən səfərbərlik elan olunan vaxt Vətən müharibəsinə qatılmaq üçün könüllü olaraq səfərbərlik xidmətində qeydiyyat keçərək ön cəbhəyə yollanır, cəbhənin ən qaynar nöqtələrində xidməti fəaliyyətini davam etdirir. Azadlıq müharibəsinin gedişində Şuşa ətrafı döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir. Allah rəhmət eləsin.
Əsgər Şıxməmmədov Hikmət Azər oğlu Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasıuğrunda döyüş əməliyyatlarında iştirak etməsi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 15 dekabr 2020- ci il tarixli Sərəncamıyla “Vətən uğrunda”, eləcə də, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası Ptezidenti, Silahı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli növbəti Sərəncamıyla “Cəsur döyüşçü” medalları ilə (ölümündən sonra) təltif edilmişdir.
Şəhid Şixməmmədov Hikmət Azər oğlu müharibənin başlanmasına üç gün qalmış ailə həyatı qurmuşdu. Həyatın nə qədər amansız, acı qanunları var imiş..Həyat yoldaşı Vəliyeva Aişən Famil qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakultəsini bitirmişdir. Bu ilin sentyabrında 54 balla Yardımlı rayonunun Dəlləkli kənd ümumi orta məktəbinə tarix müəllimi təyin olunmuşdur. Hazırda Dəlləkli kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətdədir. Şəhid ailəsi olaraq Yardımlı rayon Təhsil Şöbəsinin, məktəb rəhbərliyinin və Dəlləkli kənd camaatının diqqət və qayğısı ilə əhatələnmişdir.


Malik Balaşov

Oxşar xəbərlər
SON XƏBƏRLƏR