dini radikalizm və ekstremizmlə mübarizə

Sizin kimi həkimlərlə fəxr edirik


Müharibənin ağrı-acısını hər bir azərbaycanlı şəkməsinə baxmayaraq, müharibənin dəhşətlərini, ağrılı anlarını, son nəfəslərin verilməsini, əbədi gözlərin qapanmasının şahidlərindən biri də həkimlər oldu.
Həkimlərimiz də igid cəsur oğullarımızın yaşaması üçün mübarizə apardı. Onlar da düşmənlə mübarizəni ölümün pəncəsindən aldıqları hər bir əsgərlə yüzlərlə düşmənin ölümünə imza atdı. Gecəsini gündüzə qataraq çalışan həkimlərimizdən bir də
Rüstəmov Bəhruz İlqar ogludur. O, 30.09.1989-cu ildə Fizuli rayonunda anadan olmuşdur. 8-ci sinifə kimi Biləsuvar rayonundakı 1sayli orta məktəbdə təhsil alıb və sonra Kimya-Biologiya təmayüllü liseyi bitirmişdir.
2007- ci ildə Tibb Universitetinin Stomatologiya fakültəsinə daxil olub 2012-ci ildə təhsilini başa vurmuşdur. 2012- ci ildə "N" sayli hərbi hissədə xidmət etmişdir. Hal- hazirda Optimed tibb mərkəzində həkim-stomatoloq kimi fəalliyət göstərir. Sentyabr ayının 27-sində muharibə başlayan gündən 17 noyabr tarixinə kimi Fuzuli diaqnostik mərkəzdə könüllü Həkim olaraq fəalliyət göstərmiş yaralılara Ilkin tibbi yardimlar göstərmiş və əlindən gələni azərbaycan əsgərinin sağlamlığı üçün əsirgəməmişdir. Ailəlidir iki ovlad atasıdır.

PS. Biz sizin kimi həkimlərlə fəxr edirik.

Almaz İlahə







Oxunub: 454
Oxşar xəbərlər
SON XƏBƏRLƏR