dini radikalizm və ekstremizmlə mübarizə

ZƏFƏR ƏZMLİ AZƏRBAYCAN QADINI


Zahirən güclü görunsə də, əslində kövrək və həssas bir qadın ömrüdür...
Qadın həyatdır...Qadın qız övladıdır...Qadın sevəndir...Qadın seviləndir...Qadın güman yeridir...Qadın pənah yeridir...Qadın ailədir...Qadın bir ailənin xanımıdır...Qadın Anadır...Qadın Şəhid Anasıdır...Qadın Şəhid xanımıdır...Qadın Əsgər Anasıdır...Qadın Qazi Anasıdır...Qadın nənədir...Qadın bacıdır...Qadın fədakardır...Qadın əzmkardır...Qadın bir dünyadır...Qadın ən əsası sığınacaq limandır...Qadın ən zərif bir çiçəkdir...Cünki onlar hər bir gözəlliyə layiqdir...
8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Sizi təbrik edirəm əziz Qadınlar! Arzu edirəm su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl qalasınız.
Bu gün dünyanın qadınlar qarşısında baş əydiyi gündür. Allah - Təala Ana - bacılarımızı, xanımlarımızı qorusun inşa Allah...Çünki, hamının varlığı Sizə borcludur.
Siz hər zaman olduğu kimi bundan sonra da övladlarımızın milli mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək və Azərbaycanın inkişaf salnaməsinə parlaq səhifələr yazacaqsınız.
Bu bayram Şəhid Analarını, Şəhid xanımlarını, Qazi Analarını yaddan çıxarmaq olmaz. Onları xüsusilə təbrik edir, Allahdan səbir və dözüm arzulayıram.
Dua edək ki, Analar ağlamasın...Onlar yalnız qızlarını gəlin köçürəndə ağlasın...

Bayramınız mübarək dünyanın ən gözəl xanımları!


Sevgi dolu arzularla,


İlham Əliyev

Oxunub: 460
Oxşar xəbərlər
SON XƏBƏRLƏR