dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan qadını, şərəf və ləyaqətimizdir

Baxış Sayı:191


Bu gün Sizin gününüzdür, bəşəriyyətin ən zərif və gözəl varlığı olan qadınlar: Analar, bacılar, qızlar, sevgililər, şərəf və ləyaqət duyduğumuz dost xanımlar!
Sizi 8 mart Beynəlxalq Qadınlar Bayramı Günü münasibətilə ürəkdən təbrik edirik! Uğur, cansağlığı, gözəl günlər, qəlbinizcə olan yaşam və həyat tərzi həmişə Sizinlə olsun!
...Qadın ictimai fikri ilk dəfə 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində 12 saatlıq iş rejminə qarşı olub. Çox sonralar 8 mart 1908-ci ildə Nyu-Yorkda Sosial Demokrat Qadınlar təşkilatının çağrışı ilə 15 min qadın öz azadlığı üçün zülmə ”Yox” deyərək küçələrə çıxıb. Dekret icazəsi ilə “Çörək və Gül” şüarı altında zamana etiraz edib, iş saatının çoxluğunu və kişilərdən az əmək haqqı aldıqlarını dilə gətiriblər. Fikir verin, çörək həyat eşqi, ruzi-bərəkət, zəruri ehtiyac olduğu halda, gül isə gözəllik, rifah və zərif duyğular deməkdir. Bu nümayişdən bir il sonra 28 fevral 1909-cu il tarixdə Nyu-Yorkda İlk Qadın Günü qeyd edilib. 1910-cu ildə isə Alman sosialist-filosofu Klara Setkin 8 martın dünyada qadınlar günü kimi qeyd edilməsinə nail olub. Qadın azadlığı və söz sahibi olmağı zaman-zaman dünyaya ayaq açıb...
Azərbaycanda qadınların seçilmək, yüksək vəzifələrə təyinat almaq missiyası isə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən necə diqqətdə idisə, bu gün də onun layiqlı davamçısı, hörmətli Prezidentimiz İlham Əliyev və onunla birgə fəaliyyət göstərən Birinci Vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən də eyni qaydada layiqincə davam etdirilir.
Əziz Azərbaycan xanımları! Siz həyata gözəllik gətirən, sevgi bəxş edən, hər zaman bizimlə çiyindaş olmağı bacaran, fədakar, işgüzar, qayğıkeş, şərəf və namus bildiyimiz baş tacımızsınız! Sizi sevmək, dəyər vermək, yanınızda olmaq, qayğı göstərmək, nəvazişinizi çəkmək kişi şəxsiyyətinin ən böyük göstəricisidir. Həyatı, cəmiyyəti Sizsiz təsəvvür etmək mümkün deyil. Sizlər ana laylası ilə düşmənə qalib gələ biləcək qəhraman övladlar böyütdünüz. 30 il işğal altında olan Qarabağ və ətraf rayonlarımızın hərb yolu ilə qaytarılmasında cəsur əsgər və zabitlərimiz Sizlərdən ilham aldı. Zəfərə gedən yolda Şəhidlik Zirvəsinə yüksələn Vətən aşiqi oğullarımıza Ana, bacı, yar və dost harayınız ürəyimizi dağladı. Sizin sevginiz, Sizin istəyiniz, tükənməz və təmənnasız nəvazişiniz Qarabağ müharibəsində böyük qələbəmizə stimul oldu.


Adın şərəflidir, Azərbaycan qadını!


Bir daha bayramınız mübarək!


Səxavət Tağlar
Əməkdar müəllim, yazıçı-publisist

Oxşar xəbərlər
SON XƏBƏRLƏR