dini radikalizm və ekstremizmlə mübarizə

QALIB XALQIN ŞANLI ORDUSU!

Baxış Sayı:194


XX əsrin əvvəllərində və sonunda 1987-93-cü illər ərzində erməni təcavüzünə məruz qalan Azərbaycan xalqı zaman-zaman özünün qəhrəman oğulları ilə vətənin müdafiəsinə qalxmışdır. 1987-93-cü illər ərzində I Qarabağ müharibəsi zamanı minlərlə könüllü vətəni uçün döyüşmuş onlardan coxu şəhid zirvəsinə qalxmışdır. Amma həmin dövrdə orduda başsızlıq və pərakəndəlik olduğundan Azərbaycan 20%-dən cox torpagını itirdi, bir milyon məcburi köckün yurd yerindən qaçqın düşdü.
1993-cü ildən Azərbaycana yenidən rəhbərlik edən Heydər Əliyev müstəqil Azərbaycanın –müstəqil ordusunu yaratdı. Ümummilli liderimizin Azərbaycan xalqı üçün ən dəyərli töhvəsi olan İlham Əliyev atasının açdığı müstəqillik yolu ilə mətin addımlarla irəliləyərək hər sahədə olduğu kimi hərbi sahədə də nailiyyətlər əldə etdi. Onun əzmkarlığı sayəsində basılmaz, şanlı ordu yarandı. Bu şanlı ordu 2-ci Qarabağ Müharibəsində tarix yazdı. Başda Ali Baş Komandan olmaqla ordumuz çətin keçilməz yollardan keçdi. Heç bir qüvvə onları döndərə bilmədi.
Vahid komandanlıq və Vətən sevgisi onların döyüş əzmkarlığını daha da artırdı. Düşmənin bütün strateji əhəmiyyətli postları, silah-sursatları, qurğuları məhv edildi. Bir-birinin ardınca rayon və şəhərlərimizin alınması ordumuzda ruh yüksəkliyi yaratdı.
30 ilin Vətən həsrəti xilaskar ordumuzda günü-gündən qələbəyə inam yaratdı.
Bu müharibə ordumuza yeni döyüş təcrübəsi qazandırdı. Şuşa şəhərinin alınmasında iştirak edən əsgərlərimizin qəhrəmanlığı tarixin yeni səlnaməsi oldu. Bu döyüş əsrlər keçsə də xalqımızın yaddaşında həkk olunub qalacaq. Düşmənə gözləmədiyi nöqtələrdən zərbə vuran əsgərlərimiz onların minlərlə əsgərini məhv etdi.
Ali Baş Komandanımızın və Ordumuzun strateji hədəfləri düzgün seçməsi, düşmənin pərakəndə halda olan ordusunda qaçıb canını qurtarmaq hissini yaratmış və onlar postlarını tərk etmişlər. Bu da erməni ordusunun məhvinə səbəb olmuşdur. Çünki, onlar başa düşürdülər ki, bu torpaqlar onların əzəli torpaqları deyil.
Bu Vətən Müharibəsində ordumuzun fədakarlığı ilə bərabər yeni texnika olan “Pilotsuz uçuş aparatları”nın müstəsna rolu olmuşdur. Düşmənin hədəflərini düzgün təyin edib, onun silah-sursat anbarlarını göyə sovuraraq yerlə-yeksan edən bu silah növü düşməni vahiməyə salaraq onu hər şeyi atıb qaçmağa məcbur etdi.
44 günlük müharibə zamanı xalqımız öz rəhbərinə və şanlı ordumuza inandı, onu alqışladı, arxasında dayandı, Dövlətimiz və xalq bir oldu.
44 günlük “Zəfər yolu” keçən ordumuz bu müharibədə 2881 şəhid verdi. Müharibəyə könüllü gedən əsgərlərin bir amalı vardı-ölərik, bir qarış torpağımızı vermərik.
İndi alınmış bütün torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Şəhid qanlarına bürünmüş bu bayraqlar bizim azadlıq və müstəqilliyimizin rəmzidir. Xalqın dilindən “Şəhidlər ölməz, vətən bölünməz”, “Şəhidlər ölməyib onlar əbədiyyətə qovuşub”, “Şəhidlər bizim qürur və ehtiram yerimizdir” kəlmələri düşməyəcək.
İllər, əsrlər keçsə də “Qələbəni bizə yaşadanları-yaşatmaq bizim borcumuzdur”


Təranə Aslanova
Bakı şəhəri 8 nömrəli Uşaq-Gənclər
İnkişaf Mərkəzinin direktorU

Oxşar xəbərlər
SON XƏBƏRLƏR