dini radikalizm və ekstremizmlə mübarizə

Abşeron RİH təşəbbüsü ilə keçirilən kitab toplama kompaniyasına rayonun Təhsil Şöbəsi də qatıldı


Djb.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi və Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Abşeron rayonununda da keçirilən kitab toplama kampaniyasına Abşeron rayon Təhsil Şöbəsi də qatıldı.

05.03.2021-ci il tarixində İctimai Şuranın sədri Elçin Quliyevin, Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədovanın və digərlərinin iştirakı ilə keçirilən tədbir zamanı Təhsil Şöbəsi adından 200-dən artıq kitab işğaldan azad olunan bölgələrdəki kitabxana fondlarının bərpası üçün hədiyyə edildi. Abşeron ərazisində də başlayan kitab toplama kampaniyasına Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə Abşeron rayon Təhsil Şöbəsi də qatılaraq öz dəstəyini göstərdi.

30 ildir düşmən əsarətində olan Tarixi Azərbaycan torpaqlarında çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, mavzoleylər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr, kitabxanalar və s. mövcud olmuşdur. Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməyə çalışmış və bu ərazidə yerləşən mədəniyyət və tarixi abidələr eləcədə kitabxanalar məhf edilərək yararsız vəziyyətə gətirilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş 900-dən artıq kitabxana və onların fondunda 4 milyon 600 min kitab erməni vandalları tərəfindən tamamilə dağıdılaraq məhv edilmişdir. Yenidən kitab fondunun bərpası üçün Azərbaycan xalqı olaraq bizdə yardım etməliyik. Abşeron ərazisində keçirilən kitabtoplama kampaniyasına da artıq müəssələr qatılaraq öz dəstəklərini göstərirlər.


Oxunub: 767
Oxşar xəbərlər
SON XƏBƏRLƏR