dini radikalizm və ekstremizmlə mübarizə

Qalib Ölkənin Qadınları


(İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbin biologiya müəllimi, “İlin müəllimi” müsabiqəsinin qalibi, “Tərəqqi” medallı Leyli Əliyevanın “Qalib ölkənin qadınları” tədbirindən).
Növbəti tədbirimiz belə adlanırdı: Qalib Ölkənin Qadınları!
Tədbirə ölkənin hər bir bölgəsindən aparıcı və nüfuzlu qadınlar dəvət etmişdik. Tarixi qələbəmizdə Şəhidlik Zirvəsində gül kimi bitən Vətən aşiqləri Elçin İsmayılovun və Vidadi Əhmədovun ailə üzvlərinin də bizimlə olmaları çox gözəl oldu. Hər bir iştirakçı özünü təqdim etdikdən sonra Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4 saylı tam orta məktəbin biologiya müəllimi Şükürova Nigar Musa qızı tarixdə iz qoymuş, qəhrəman Azərbaycan qadınları haqqında slaydlar nümayiş etdirdi. Abşeron rayon Əliağa Vahid adına Masazır 1 saylı tam orta məktəbin musiqi müəllimi Qasımova Şükufə Məmməd qızı “Ana” mahnısını ifa edib, tədbiri açdı. I Qarabağ müharibəsində şəhid olmuş Milli Qəhrəmanlarımız Salatın Əsgərova və Gültəkin Əsgərovaların həyatından bəhs edən video-fraqmentlər və gənc istedadlı yazar Sevindik Nəsiboğlunun çıxışı, onun “Salatın” şeiri tədbirə xüsusi rəng qatdı.
Tədbirdə Salyan rayon Peşə Liseyinin direktoru Razıgül Dadaşova Şəhidlik Zirvəsinin uca məqamlarından bəhs etdi. Onun Azərbaycan qadını, Azərbaycan anası barədə düşüncələri tədbir iştirakçılarında xoş ovqat yaratdı. Şəhid anaları övladlarının xatirələrini bölüşdülər. Şükufə Qasımovanın ifasında onlar üçün “Ananın səsi” mahnısı dinlənildi. Sonra Bakı şəhər Xətai rayonu 17 saylı məktəbin riyaziyyat-informatika müəllimi Aynurə Əzizovanın, Şəhid ailələrinin nümayəndələri, kiçik yaşlı Yasəmən Əhmədovanın və Aysu İsmayılovanın xatirə çıxışları da maraq doğurdu.
Sonda tibb bacısı olan şəhidimiz Arəstə Baxışovanın həyat yolundan danışılıb “Sarı gəlin” və “Şəfqət bacısı” mahnıları dinlənildi. İstedadlı musiqi müəllimi Şükufə xanım Azərbaycan qadınının ünvanına 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik söyləyib, Şəhid Xudayar Yusifzadənin yeni nəfəs verdiyi “Vətən yaxşıdır” mahnısı ilə tədbiri yekunlaşdırdı.

Leyli Əliyeva,
İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəbin biologiya müəllimi

Oxunub: 579
Oxşar xəbərlər
SON XƏBƏRLƏR