dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər!


44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun parlaq zəfəri ilə yekunlaşsa da siyasi məkanda və informasiya cəbhəsində mübarizə davam edir. 44 günlük müharibə zamanı dövlət başçısının 30-dan çox müsahibə verərək Azərbaycan haqlı davasını dünya mediasına çatdırması dövlətimizin hərbi zəfərləri ilə yanaşı informasiya müharibəsindəki uğurları idi.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında jurnalistləri, siyasi analitikləri düşündürən çox mühüm məsələlərə toxundu, maraqlı tərəflərə vacib mesajlar verdi.
Prezident İlham Əliyevin vurğuladığı mühüm fikirlərdən biri Dağlıq Qarabağ münaqişəsi həlli ilə bağlı idi: “Biz hədəfə çatdıq. Bizim hədəfimiz ərazi bütövlüyümüzün bərpa edilməsi idi, buna nail olduq. Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub.”
Azərbaycan və erməni xalqlarının sülh şəraitində yaşamaları davamlı sülhün bərqərar olmasının mühüm şərti kimi Prezidentimiz tərəfindən vurğulanmışdır. Prezident İlham Əliyevin dediyi kimi, “Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır.”
Dövlətimizin başçısı İlham Əliyevin mətbuat konfransında verdiyi mesajlardan biri də bu idi ki, işğalçı Ermənistan və digər başqa dövlətlər tarixi Qələbəmizin yaratdığı yeni reallıqlarla barışmaq məcburiyyətindədirlər, 10 noyabr bəyanatından Ermənistanın imtinası Ermənistan üçün faciəvi sonluqla nəticələnə bilər.
Prezident İlham Əliyev bölgədə uzunmüddətli sülhün təmin edilməsinin istiqamətlərinə də aydınlıq gətirib. Ermənistan - Azərbaycan münaqişəsinin hərbi mərhələsinin başa çatması ümumilikdə regionun gələcək inkişafı üçün yeni imkanlar yaradır. Müharibənin başa çatması əməkdaşlıq, kommunikasiyaların açılması, nəqliyyat dəhlizlərinin yaradılması üçün nadir imkanlar yaradır.
Bölgədə dayanıqlı, davamlı sülh və təhlükəsizlik üçün yeganə yol əməkdaşlıqdır. Azərbaycan dövlətinin məqsədi üç tərəfli qaydada –Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa Ermənistanda mənfəət əldə edəcək, sülhün xeyrini görəcək.
Azərbaycan Türkiyə, Rusiya və İran arasıında aparılan fikir mübadiləsi hər üç dövlətin eyni mövqedə olduğunu təsdiqləyir. Dövlətimizin başçısı xarici media orqanları vasitəsilə bir daha Ermənistana bu mesajı çatdırdı ki, Ermənistanda da əgər bu məsələ ilə bağlı eyni yanaşma olarsa, gedən proseslərin tərkib hissəsi ola bilər. Yox, olmasa, onda Ermənistan növbəti dəfə bu tarixi şansı itirə bilər, necə ki, 90-cı illərdə itirib.
Prezident İlham Əliyevin “biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlərboyu bir ailə kimi yaşayırlar.” fikirləri dövlətimizin hümanizm və tolerantlıq prinsiplərinə ən ali səviyyədə önəm verməsini bir daha dünya mediası qarşısında sübut etdi.


Ceyran Novruzova
Abil Səfərov adına 114 nömrəli tam orta məktəbin direktoru

Oxunub: 434
Oxşar xəbərlər
SON XƏBƏRLƏR