dini radikalizm və ekstremizmlə mübarizə

Biz haqqın səsiyik,biz türk oğluyuq


Biz haqqın səsiyik,biz türk oğluyuq.
Yalanı doğrayar söz qılıncımız.
Biz zəfərlər çalan ərlər yurduyuq.
Bizlərə bəs edər öz qılıncımız!

Düşməni gətirdik dizə zəfərlə,
Kəsdik yağı səsin,bir daha çıxmaz.
Oyduq gözlərini mənfur düşmənin
İgidlər yurduna bir daha baxmaz!

Qeyrətdən yoğrulmuş hünəri vardır.
Əsla təslim olmaz yağı düşmənə.
Yenilməz ordusu, sipəri vardır.
Yenidən göstərər dağı düşmənə.

Ali Baş Komandanım, əzmkar lider,
Verdi cavabını söz ilə, hərblə.
Düşməni lal etdi,kəsdi səsini,
Dəmir yumruğunu sıxdı şərəflə!

Elşən Ağazadə

Oxunub: 611
Oxşar xəbərlər
SON XƏBƏRLƏR