dini radikalizm və ekstremizmlə mübarizə

Mübariz Mənsimov azadlığa buraxılır - Prokurorluğun tələbi

Mübariz Mənsimov azadlığa buraxılır - Prokurorluğun tələbi

Martın 5-də Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun azadlığa buraxılacağı gözlənilir.

Djb.az axar.az-a istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu azərbaycanlı iş adamının məhkəmə nəzarəti altında sərbəst buraxılmasını tələb edib.

Bildirilib ki, İstanbul prokurorluğu prosesi aparan 27-ci İstanbul Ağır Cəza Məhkəməsindən M.Mənsimovun Türkiyəni tərk etməmək şərti altında ev həbsinə buraxılmasını istəyib.

Qeyd edək ki, "Palmali" rəhbərinin məhkəməsi martın 5-ə təxirə salınmışdı.

M.Mənsimov 15 mart 2020-ci ildə FETÖ ilə işbirliyində ittiham olunaraq saxlanılıb və 17 martda barəsində həbs qərarı verilib. Sentyabrda onun həbs müddəti uzadılıb.

Oxunub: 408
Oxşar xəbərlər
SON XƏBƏRLƏR