dini radikalizm və ekstremizmlə mübarizə

Torpaqları işğalçılardan azad edən Əsgərlər və Zabitlərdir


Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər
İlham Əliyev



Fevralın 24 - dən 25 - nə keçən gecə...
Şəhidlk zirvəsinə ucaldığınız gündür...Beş igidin əl - ələ tutub şəhadətə yüksəldiyi gündür...Beş Ananın çırağı söndüyü gündür...Sənsizliyinizin 4 ilidir bu gün!
Zakirin və onun simasında Şəhidlərimizin qisasını alacağı günü görməyin idi, həmin gün 10.11.20 - ci il...Zəfər günü, 20.12.20 - ci ildə isə Müstəqillik tarixinin ilk ZƏFƏR paradı oldu!
Məhz Zakir kimi igidlərin canı və qanı hesabına qazanılan azadlıq və müstəqillik xalq tərəfindən heç vaxt unudulmur. Ona görə ki, Şəhidlər xalqın kimliyini, mənliyini qoruyan insanlardır.
Bu gün şəhadətə yüksəldiyi gündür Zakir balamızın. Allahdan Kəmalə xanımın ailəsinə səbir diləyirəm. Məzarın nurla dolsun Şəhidim...
Sizə ömrümüzün sonuna kimi borcluyuq. Qanı ilə tarix yazan Şəhidlərim haqqınızı bu millətə halal edin❗


İlham Əliyev

Oxunub: 545
Oxşar xəbərlər
SON XƏBƏRLƏR