dini radikalizm və ekstremizmlə mübarizə

Bir dövlətin iqtisadiyyatı güclüdürsə,o yenilməzdir!


Bir dövlətin iqtisadiyyatı güclüdürsə,o yenilməzdir!
Heydər Əliyev

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqularını gerçəkləşdirməyə və mütsəqil siyasət aparmağa başlamışdır.Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.
Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996 ci ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü. Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyətlər isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prossesində iqtisadi islahatların, inkişafın mahiyyət etibarı ilə yeni bir modeli-Azərbyacan modeli yaranmışdır. Hal-hazırki müasir dövrdə isə hörmətli cənab prezidentimiz İlham Əliyevin davam etdirdiyi siyasət bu inkişafı daha da təkmilləşdirmiş və daha dərinləşdirmişdir. Son 10 ildə cənab prezidentimizin uğurlu siyasəti Azərbaycan iqtisadiyyatını dünya dövlətləri arasında tanıtmış və tanıtmaqdadır.
2020 ci ilin sentyabr ayından başlayan və qələbə sevinci ilə bitən Vətən Müharibəsindəki uğurlarımız həmçinin qazandıqlarımız bu iqtisadiyyatın inkişafının ən bariz nümunəsidir. Əldə olunmuş bu qələbə regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb. Əldə olunan Qələbə iqtisadiyyatda yeni inkişaf perspektivləri müəyyən edib.
Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.
Qeyd etməliyəm ki, qazanılan zəfər sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər haqqında fikri daha da möhkənləndirdi və buradan belə nəticəyə gəlmək olar ki, yaxin on ildə iqtisadi islahatlar cəmiyyətin bütün təbəqələrini əhatə edəcəkdir. Cənab prezidentin xalq qarşısında çıxışlarında ən önəmli məqamlardan biri hər bir vətəndaşın iqtisadi islahatlardan bəhrələnəcəyidir. İqtisadi islahatlar dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşmasına xidmət edir.
Dövlətin davamlı inkişafını şərtləndirən amillərdən biri də yüksək səviyyəli təhsil sistemidir. Bir dövlətin təhsili onun gələcəyini təzahür edir. Dahi Ulu Öndər hər zaman təhsilə xüsusi qayğı ilə yanaşırdı. Cənab prezidentimiz İlham Əliyev isə bu yolun ən bacarıqlı davamçısı kimi təhsilə olan qayğını və diqqəti artıraraq Azərbaycanın gələcəyini uğurlu yola aparmaqdadır. Buna ən bariz nümunə kimi hər il ölkəmizin müxtəlif regionlarında və eləcə də böyük şəhərlərində məktəb binalarının təmiri və yenidən inşasıdır. Bir məktəb direktoru kimi qeyd etməliyəm ki, bu xoşbəxtlik bizim sevimli və günü-gündən inkişaf edən Suraxanı rayonunun payına da düşmüşdür. Bu tədris ilində iki məktəbin yenidən inşası və müasir standartlara uyğun təmin edilməsi istər valideynlərin, istərsə də şagirdlərin, məktəb kontingentinin böyük sevincinə səbəb olmuşdur. Ali Baş Komandanın bu məktəblərin açılışında iştirakı isə bir daha onun təhsilə verdiyi dəyərin göstəricisidir.
Ölkə iqtisadiyyatı öz müstəqilliyini qorumaq məqsədilə daxili və xarici təsirlərə dayanıqlığını təmin etməlidir. Bunun üçün isə mütləq şəkildə xalq dövlət ətrafında cəmləşməli və bir istiqamətdə irəli addımlamalıdır. Bir Azərbaycan vətəndaşı kimi deyə bilərəm ki, fəxr edirəm ki azərbaycanlıyam və bu ölkənin inkişafında cüzi də olsa, mənim də payım var. Düşünürəm hər bir vətəndaş bu yolda əlindən gələni əsirgəməməli, Cənab Prezidentimizin arxasında ona dayaq olaraq irəliləməli, ona güvənməli və onun yürütdüyü siyasəti dəstəkləməlidir!!!!

Yaşasın Azərbaycan!


Yaşasın Cənab Prezident İlham Əliyev!



Nigar Hüseynova
Suraxanı rayonu 97 nömrəli tam orta məktəbin direktoru

Oxunub: 647
Oxşar xəbərlər
SON XƏBƏRLƏR