dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoyur.


Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, eyni zamanda, qeyri - neft sektorunun ümumdaxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi məsələləri cənab Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas məqsədlərindəndir. Ulu öndər Heydər Əliyev kursunu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıq nümayiş etdirir.
Prezident İlham Əliyevin yürütdüyü çoxşaxəli siyasətdə insan amili, onun sağlamlığı və rifahı mühüm yer tutur. Ölkədə bunun üçün lazım olan bütün tədbirlər sistemli şəkildə, vəziyyətə uyğun ardıcıllıqla və uğurla reallaşdırılır. Artıq bütün dünyaya Azərbaycan brendi kimi səs salan “ASAN xidmət”, “ABAD”, “DOST” və digər həyata keçirilən bir çox layihələr bunun bariz nümunəsidir.
Vətən müharibəsində əldə olunmuş tarixi qələbə ölkəmiz üçün yeni reallıqlar yaratdı, yeni iqtisadi imkanlar açmış oldu. Ordumuzun şanlı zəfəri nəticəsində regionun siyasi və iqtisadi mənzərəsi dəyişərək yenisi formalaşdı, yeni inkişaf perspektivləri müəyyən edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərancamı isə bu yeni inkişaf perspektivlərinin və onların icrası mexanizminlərini müəyyənləşdirir.
Ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradan, sosial-iqtisadi inkişafına yönəldilən, dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın olması, insanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin olması, müasir tələblərə uyğun təhsil, yaradıcı və innovativ cəmiyyətin, insanların sağlamlığı məqsədi ilə rəqabətli insan kapitali və müasir innovasiyalar məkanının olması, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış, öz evlərinə qayıdan insanların təhlükəsiz yaşayışının təmin edilməsi, layiqli yaşayışın bərpası, bu şəhər və kəndləri ölkəmizin ən abad guşələrindən birinə çevirmək, ölkədə keyfiyyətli və təmiz ekoloji mühit yaratmaq, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf, ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqi sərəncamın müəyyən etdiyi strateji prioritetlərdir.
Artıq təsdiq edilən Milli Prioritetlərə uyğun olaraq “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması, həyata keçirilməsi ilə bağlı qabaqcıl beynəlxalq təşkilatların və ixtisaslaşmış məsləhətçi şirkətlərin, aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyətini əlaqələndirməsi məqsədi ilə komissiya yaradılmışdır.
Tezliklə işğaldan azad olunmuş ərazilərimizdə həyat yenidən canlanacaqdır. Yerlə -yeksan edilmiş binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur bərpa ediləcək, demək olar ki, hər şey sıfırdan qurulacaqdır. İşğaldan azad olunmuş ərazilərin sakinləri tezliklə öz evlərinə qayıdacaqdır.
Odur ki, Azərbaycan tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə qədəm qoyur və qəbul olunan prioritetlərin reaqllaşdırmasına dəstək vermək, həyata keçməsində iştirak etmək hər birimizin borcudur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqa və dövlətə sədaqət, layiqli xidmət prinsipi üzərində qurulmuş fəaliyyəti xalqımızı uğurlu gələcəyə doğru aparır.

Eldar Mirzəliyev
Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin üzvü,
Hüquq Məsələləri Daimi Komissiyasının sədri

Oxunub: 475
Oxşar xəbərlər
SON XƏBƏRLƏR