dini radikalizm və ekstremizmlə mübarizə

"Vəfa " Sosial Problemlərin həllinə Dəstək İB sədr intihar haqqında danışdı

Baxış Sayı:371


Djb.az xəbər verir ki, "Vəfa " Sosial Problemlərin Həllinə Dəstək İB sədr Fatimə Hacıbəyli intihar haqqında öz sosial media hesabında fikirlərini paylaşıb.
- İntihar mövzusu son zamanlar demək olar ki, hər gün səslənən istər sosial şəbəkələrdə, istər qəzet və jurnallarda, istərsə də televiziya verilişlərində çox rast gəldiyimiz, sanki reklam olunan, gündəmdə olan mövzulardan bəlkə də ən birincisidir. “Universitetə girə bilməyən gənc qız çıxış yolun intiharda gördü”, “İşin itirən gənc oğlan özünü asaraq intihar etdi”, “Ailəsinə baxa bilməyən ata özünü yandırdı”, “10 yaşında balaca qız serialda gördüyü intiharı təkrarladı”. Bunun kimi xəbərləri demək olar ki, eşitmədiyimiz gün yoxdur. İntihar etmək yolları elə bil yoluxucu xəstəlik kimi sürətlə yayılır. Media isə problemlərdən çıxış yolu kimi intiharı sanki təbliğ edir və intihar etmə üsullarından dərs keçir. Bu psixoloji sarsıntı keçirənlərə, dərdlərinə çarə axtaranlara təəssüf ki, dəlinin yadına daş salmaq kimi effekt yaradır.

PS. Heç kim deməsin ki,intihar onun beynindən keçməyib. Məndə aldığım zərbələrdən , haqqsizliqdan yorulub son çarəni kimisə cəzalandırmaq üçün bu son çıxış yoludur düşünmüşəm. Mənim yanımda olan rəfiqələrim çoxu psixoluq olduğu üçün bunu tez anlayıb qarşısını alıblar.Ancaq hər kəsin belə bir lüksü yoxdu. Ətrafımızda olan insanlara diqqətlə yanaşin bilib bilmeden onları bu yola özümüz təhrik etməyək .

Oxşar xəbərlər
SON XƏBƏRLƏR