dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı İcra Hakimiyyətinin başçısı Şəhidimiz polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun ailəsini ziyarət etdi

Baxış Sayı:395


Djb.az xəbər verir ki, fevralın 20-də Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin birinci müavini Rəşad Hacıyev və şöbə müdirləri bizlərə qələbə sevinci yaşadan Şəhidimiz polkovnik-leytenant Quliyev Rəşad Rəşid oğlunun əmanəti, Suraxanı rayonu, Zığ qəsəbəsində yaşayan anası Mətanət xanımı ziyarət ediblər.
Hər zaman diqqətdə saxlanılan Mətanət xanımın qayğıları ilə maraqlanan RİH başçısı Əziz Əzizov bildirmişdir ki, Şəhidlər yalnız öz ailəsinin deyil, bütün xalqın qəhrəman övladlarıdır və xalqımızın qəlbində əbədi yaşayırlar.
Şəhidimiz Rəşad Quliyevin böyüyüb boya-başa çatdığı məhəllədə hazırda Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən abadlıq işlərinin aparılmasına başlanılmışdır.
Aprel döyüşləri zamanı Lələtəpənin işğaldan azad edilməsi əməliyyatlarında iştirak edən Rəşad Quliyev Vətən müharibəsində mərdliklə vuruşaraq Cəbrayıl döyüşləri zamanı Şəhid olmuş və 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Qeyd edək ki, Rəşad Quliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.


Oxşar xəbərlər
SON XƏBƏRLƏR