dini radikalizm və ekstremizmlə mübarizə

"Ruhum, musiqiylə pərvazlanır..."


Fərhad bəyi çoxdan tanıyıram... Görüşlərimiz həmişə ötəri, zaman azlığından gec gec olsa da, çox mədəni, insanlarla tez bir zamanda ünsiyyət qurmağı bacaran ziyalı bir insan kimi yaddaşımda qalıb. Amma bir müsahib kimi ilk dəfədir ki, yaxından söhbət edirik. Və bizi birləşdirən ən ali mövzumuz isə sözsüz ki, musiqi mədəniyyətimiz, onun bu günkü reallığıdır.
Xatırladım ki, müsahibim Fərhad Feyzullayev, uzun zaman televiziya kanallarının birində icraçı direktor kimi fəaliyyət göstərib. Televiziyanın abu-havası ilə nəfəs alıb, bu sahədə çoxlu dostları var. Amma həmişə üzdə olmamağı seçib... Necə deyərlər, özünü yaradıcı insan kimi bir az pərdə arxasında saxlayıb... Amma heç ağlına da gəlməzdi ki, bir gün ruhunu musiqi oxşayacaq, ürəyi bu ahənglə döyünəcək və musiqisiz həyatını təsəvvür belə etməyəcək...
Bəli, bir gün qəlbən hiss edəcək ki, piano arxasına keçib ürəyinin səsini dinləmək istəyir və çalan barmaqları yox ruhunun ahəngi olacaq.
Fərhad Feyzullayev məhz o gündən bəri musiqilər bəstələyir. Onu da qeyd edim ki, Şuşanın alınması, şəhidlərimizin xatirəsi ilə bağlı, vətənpərvərlik mövzusunda bir çox mahnılar, kompozisiyalar müəllifidir. Şuşanın alınması onu biganə qoya bilməzdi... Çünki Qarabağ, onun da vətən həsrəti idi...
O deyir ki, söhbət vətəndən düşərsə ürək, rahatlıq tapmaz...
"Mənim Qarabağa, şəhidlərimizə, vətənə həsr olunan musiqi kompozisiyam, mahnılarım əslində ürəyimin səsidir ki, onu musiqiylə tərənnüm edirəm... Xoşbəxtəm ki, 60 dan sonra Tanrı, bu istedadı mənə bəxş edib. Açıq etiraf edim ki, "ruhum, musiqiylə pərvazlanır."
Fərhad bəyin kompozisiyaları ürəyə yatımlı, ruh oxşayandır... Hazırda o, müğənnilərlə də yaradıcı təmasda olmaq istəyir... Çünki mahnılar, ifa zamanı ikinci ömür qazanır.
Qeyd edək ki, onun vətənpərvərlik mövzusunda da yeni işləri çoxdur...
İnanırıq ki, Fərhad bəyin musiqili dünyası tez bir zamanda çoxlu tamaşaçı kütləsinin sevgisini qazanacaq!

Təranə Feyzullayeva.

Oxunub: 1 508
Oxşar xəbərlər
SON XƏBƏRLƏR