dini radikalizm və ekstremizmlə mübarizə

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laşən və Cəbrayıl rayonlarına səfərləri haqqında


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laşən və Cəbrayıl rayonlarına səfərləri haqqında.
Vətən Müharibəsindəki tarixi qələbə onu göstərdi ki, xalq bütünlüklə cənab Prezidentin ərtafında sıx birləşmişdir. Artıq işğaldan azad edilmiş torpaqların ümumi iqtisadiyyatımıza reinteqrasiyası regionun lider dövləti olan Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə daha da artmasına səbəb olmuşdur. Hazırda cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlara tez-tez baş tutan səfərləri onu göstərir ki, işğalçı siyasətin qurbanı olmuş və Ali Baş Komandanın rəhbərliyi ilə azad edilmiş torpaqlarda bərpa prosesi başlamışdır. Təbii ki, cənab İlham Əliyevin öz rəhbərliyi altında qısa müddət ərzində Azərbaycanın bütün regionlarda yaradılmış infrastrukturun fonunda işğaldan azad edilmiş torpaqlarda formalaşacaq inkişafın mənzərəsini çox aydın təsvir etmək mümkündür. “Qarabağı cənnətə çevirəcəyik” deyən cənab Prezident artıq bu istiqamətdə onun tərəfindən göstərişlərin verildiyini işğaldan azad edilmiş torpaqlara səfəri zamanı qeyd edir. Dövlət başçısının həyata keçirdiyi islahatlar, onun birbaşa təşəbbüsü və tapşırığı ilə irəli sürülən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırlması Azərbaycanın bütün sahələrdə tərəqqəsinin bariz nümunəsidir.
Onu da qeyd etmək istəyirəm ki, bütün bu inkişafın ilkin başlanğıcı olaraq artıq Laçın rayonunun Güləbird kəndində Su Elektrik Stansiyasının inşa edilməsi qısa müddət ərzində doğma torpaqlarından uzaq düşmüş vətəndaşlarımızın öz yurd-yuvalarına qayıdışının təmin edilməsi istiqamətində həyata keçirilmiş layihələrdən biridir.
Azad edilmiş torpaqlarda qeyri-neft sektorunun sürətlə inkişafı planlaşdırılır. Həmin ərazilərin əlverişli iqlim şəraiti onu göstərir ki, burada bitkiçilik, heyvandarlıq, meyvəçilik sürətlə inkişaf edəcəkdir. Artıq cənab Prezident İlham Əliyevin göstərişi ilə bütün imkanlar səfərbər edilib və 7 min hektar ərazidə əkin işləri həyata keçirilib. Azad edilmiş torpaqların kənd təsərrüfatı potensialı çox böyük olduğundan ölkə rəhbərliyi tərəfindən bu istiqamətə də böyük diqqət ayrılmışdır.
Hər kəsin bildiyi kimi bütün dünyanın gözü bu müddət ərzində Azərbaycanın üzərinə yönəldi. Qazanılmış tarixi qələbə ilə Azərbaycan bir daha özünü beynəlxalq arenada sübut etdi. Qarabağ torpaqlarında baş tutumuş erməni vandalizmi tarixi Azərbaycan torpaqlarının məhv edilməsi istiqamətində həyata keçirilən işğalçılıq siyasətinin özəyini təşkil edir. İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra yollar və bu ərazilərdəki infrastruktur birbaşa dövlət rəhbərinin nəzarəti altında bərpa olunmağa başlanılmışdır.
Ölkə başçısının göstərişilə azad edilmiş torpaqlarda müəyyənləşdirilməkdə olan enerji növləri və yerləri həmin ərazilərdə tezliklə infrastrukturun bərpası üçün həyata keçirilən böyük layihələrdən biridir. Azad edilmiş torpaqlarda “yaşıl enerji” zonasının yaradılması, ilk pilot layihə kimi Zəngilan rayonunda həyata keçirləcək olan “ağıllı kənd” layihəsi investisiya cəlbinin əsas istiqamətlərindən biridir.
Bu gün Ermənistanda revanş üçün çalışan qüvvələr bilməlidirlər ki, “dəmir yumruq” enməyib, hələ də başlarının üzərindədir və növbəti zərbə onlar üçün bir daha ayağa qalxmamaqla nəticələnəcəkdir. Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsindən ruhlanaraq döyüş meydanına atıldı. Bu ruh onlarda əzmkar mübarizəni daha da alovlandırdı. Biz qələbəni döyüş meydanında qazandıq. Azərbaycan öz ərazisini düşməndən təmzilədi. Azərbaycan işğal edilmiş torpaqlarını öz qətiyyəti ilə vuruşaraq geri qaytardı.
Cənab İlham Əliyevin də dediyi kimi: “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Elşən Ağazadə
Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktor əvəzi

Oxunub: 682
Oxşar xəbərlər
SON XƏBƏRLƏR