dini radikalizm və ekstremizmlə mübarizə

ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində yeni əməkdaşlıq imkanları yaranır.


ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibəti ilə videokonfrans formatında 11 fevral 2021-ci il tarixdə keçirilən tədbirdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva geniş məzmunlu və praqmatik çıxışında təhsil və elmdə cəmiyyətin aparıcı qüvvəsi olan qadının bir daha fövqəl gücü və cəmiyyətə təsir imkanlarını olduqca yüksək həssaslıqla vurğulayıb.

2021-ci ili ICESCO tərəfindən “Qadınlar ili” elan olunması təşəbbüsü, BMT Baş Assambleyasının qəbul etdiyi, 11 fevral tarixini “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü dünyada qadınların missiyası, bütün sferalarında qadın əməyi, qadın elminin faydalarını, qadının yeni texnologiyalar və yeni innovasiyalar platformasında əhəmiyyətinin bariz nümunəsidir.
Bu gün yeni çağırışlar fonunda gənc nəslin elmli, erudisiyalı böyüməsində qadının əhəmiyyəti danılmazdır. Bu gün ölkə başçısının həyata keçirdiyi sosial siyasətin də ana xəttini qadınların təhsil və elm sahəsində iştirakı təşkil edir. Azərbaycan ilə ICESCO arasında uzu müddətli, davamlı və məhsuldar əməkdaşlıq məhz İslam dünyasında, müsəlman aləmində mənəvi dəyərlərimizə hörmət etməyi, mədəni irsimizi qorumağı və yaşatmağı ehtiva edir.
Mehriban xanım Əliyevanın geniş məzmunlu çıxışında səsləndirdiyi “Mən yalnız onunla fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə ilk operanın açıldığı və ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm. Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək və seçilmək hüququnu verən ilk ölkələrdən biri olaraq tarixə düşmüşdür. Qızların təhsilinə gəldikdə isə, müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə mənim doğulduğum Bakı şəhərində yaradılmışdır”
fikirləri bir daha onu göstərir ki, Azərbaycan dövləti qadına ilk səlahiyyət verən, hüquqlar aşılayan dərin köklərə bağlı bir ölkədir.

Bu gün həm ölkə səviyyəsində, həm qlobal səviyyədə təhsil və elm sahəsində qızların və qadınların rolunun artırılması, karyera imkanlarının genişləndirilməsi, gender bərabərliyinin təmin olunması ümumilikdə bəşəri probləmlərin həllində vacib şərtdir. Bu istiqamətdə həyata keçirilən dövlət proqramları, sosial layihələr sadaladığımız sahələrdə kişilərlə bərabər qadınların cəmiyyətdə rolunun artırılmasının faiz nisbəti kifayət qədər qənaətbəxş edir.
Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir. Azərbaycan Respublikasının Milli Məclisdə, bələdiyyə və digər seçkili orqanlarda qadınlar 30 faizdən artıq təşkil edir. Təhsil sahəsində, təlim-tədris prosesinin əsas iştirakçılar, təxminən 70-80 faizi qadınlardır.
Azərbaycan qadının nə qədər məğrur və qürurlu olmasının 30 ilə yaxın həsrətini çəkdiyimiz torpaqlarımızı düşmən əsarətindən azad edərək xalqımıza böyük qalibiyyət sevincini yaşadan, eləcə də Qarabağ nisgilimizə zəfər ovqatı qatan şəhid və qazilərimizi, vətən keşikçilərimizi dünyaya gətirən qəhrəman qadınlar – anaların simasında yenidən şahidi olduq.
Güc, səbr, vətən sevgisi kimi ən ali hisslərin nümunəsi olan Azərbaycan qadını hər zaman var olub və bundan sonra da var olacaqdır.

Elm, texnologiya və innovasiya bütün cəmiyyətlərin sosial-iqtisadi inkişafının aparıcı qüvvəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ICESCO-nun xoşməramlı səfiri kimi təşkilatın üzv dövlətlərinə bu sahələrə daha çox sərmayə yatırmağa, habelə zəruri siyasət və birgə fəaliyyət planları işləyib hazırlamağa dair çağırışlar etdi. Bu çağırışlar İCESCO-nun Azərbaycan hökuməti ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanın dünyada cəmiyyətin bütün sferalarında öz layiqli töhfəsini verməyi zəruri edir.

Ləman Yüzbaşova
Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini,
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri,
YAP Biləsuvar rayon Təşkilatı Qadınlar Şurasının sədri

Oxunub: 892
Oxşar xəbərlər
SON XƏBƏRLƏR