dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla görüş keçirilib


Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla “Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin üzvlərinin görüşü keçirilib. Görüşdə başçının Humanitar məsələlər üzrə müavini Ləman Yüzbaşova ilə yanaşı, birliyin sədri Mehman Əliyev, təsisçi Fəqan Hüseynov, idarə heyətinin üzvləri Elşən Ədalətli və Aygül Əliyeva iştirak ediblər.

Görüşün məqsədi təşkilatın fəaliyyətləri ilə tanışlıq, gələcək perspektivlər, rayonda təhsil, turizm, mədəniyyət, ekoloji layihələrdə əməkdaşlıq imkanları və təkliflərin müzakirəsi olub.
Görüş zamanı rayon icra başçısı birliyin təmsilçilərinə müvafiq tövsiyyə və təkliflərini bildirib, eyni zamanda birgə əməkdaşlıq təşəbbüslərini müsbət qiymətləndirərək layihələrin icrası üçün daimi dəstək verilməsinə hazır olduqlarını vurğulayıb.

Qeyd edək ki, təşkilatın məqsədi regionda gənclərin hərtərəfli inkişafına nail olmaqla, onlara müstəqil öyrənmə, təhsil imkanları yaratmaq, gənclərə fərdi inkişaf, liderlik, sahibkarlıq və karyera planlaşdırılması istiqamətində dəstək verməkdir.

Tural Nəsirli





Oxunub: 744
Oxşar xəbərlər
SON XƏBƏRLƏR