dini radikalizm və ekstremizmlə mübarizə

“Security Operation Services” şirkətinin əməkdaşları “YAŞAT” fonduna ianə ediblər


“Security Operation Services” (SOS) mühafizə şirkəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılan “YAŞAT” Fonduna 10.000 manat köçürüb.

Bu barədə “Security Operation Services” şirkəti məlumat yayıb.

Bildirilib ki, vəsait şirkət əməkdaşlarının könüllü olaraq vəzifə maaşlarından ianə etməsi ilə toplanıb.

Qeyd edək ki, “Security Operation Services” MMC müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən peşəkar mühafizə şirkətidir. Zəngin fəaliyyət təcrübəsinə malik olan şirkət əməkdaşları bir sıra özəl və dövlət müəssisələrinin, o cümlədən SOCAR-la əməkdaşlıq çərçivəsində strateji sənaye obyektlərinin qorunmasını həyata keçirir.

Oxunub: 843
Oxşar xəbərlər
SON XƏBƏRLƏR