dini radikalizm və ekstremizmlə mübarizə

"YAŞAT" Fondu bir qazini və 3 şəhidin ailə üzvlərini əməliyyat etdirib

"YAŞAT" Fondu bir qazini və 3 şəhidin ailə üzvlərini əməliyyat etdirib

"YAŞAT” Fondu tərəfindən yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işlər davam etdirilir.

Fonddan APA-ya verilən məlumata görə, qazi Qurban Əliyevin, şəhid Telman Kəlbiyevin oğlu Səid Kəlbiyevin, şəhid Ağacan Cəbrayılovun qızı Ləmanın və oğlu Sədinin, şəhid Ağamirzə Gülmalıyevin atası Ağabəy Gülmalıyevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Oxunub: 686
Oxşar xəbərlər
SON XƏBƏRLƏR