dini radikalizm və ekstremizmlə mübarizə

YENİLMƏZ ŞƏHİD KAPİTAN ELÇİN TAĞIYEV


30 ilə yaxın bir müddətdə mənfur qonşumuzun qəsbkarlıq siyasəti səbəbindən torpaqlarımzın işğalda qalması vətənini sevən hər bir azərbaycanlını düşündürməyə bilməzdi. Nəhayət 2020-ci ilin 27 sentyabrından torpaqlarımızın işğaldan azadlığı uğrunda başlanan Vətən müharibəsində ötən hər gün səngərdən neçə-neçə vətən oğullarının şücaəti, qəhrəmanlıqları haqqında aldığımız xoş xəbərlər bizi qorxmaz, igid bir millətin vətəndaşları- ən əsası azərbaycanlı olmağımızla daha da qürurlandırdı.
Cəbhədən bizə ardıcıl qələbə sevincini yaşadan əsgər və zabitlərimizin dünən bizlərlə bir şəhərdə, bir kənddə, bir küçədə böyüyən oğulların olması hər kəsdə əlavə bir fəxarət hissi də yaşadır. Torpaq, vətən həsrətinə yenilməz vətən oğulları öz canları bahasına son qoydular, bizə bu xoşbəxtliyi yaşatdılar. O, xoşbəxtlik ki, artıq qalib Xalqımız öz Ali Baş Komandanı ətafında daha sıx birləşərək yeni, parlaq uğurlara doğru addımlayır.
Azərbaycanımızın hər bölgəsində yaşayan insanlar bu gün yeni tariximizi öz qanı bahasına yazan vətən oğullarının qarşısında öz sayğısını nümayiş etdirir. Onların şərəfli həyatını, döyüş yolu haqqında öyrəndikcə , sözlə o şərəfə layiq olacaq tərzdə təqdim edəcə bilməyəcəyindən ehtiyat edirsən.
... Bəli, düşmənin qorxulu kabusuna çevrilən qəhrəman oğullarımızdan biri də Elçindi. Elçin Ağaqulu oğlu Tağıyev 1989- cu ilin 01 iyulunda Biləsuvar rayon Zəhmətabad kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. 2003-ci ildə Ənvər Rəhmətov adına Zəhmətabad kənd orta məktəbin 9- cu sinifini başa vurub, C. Naxçıvanski adına hərbi liseyə, 2006 - cı ildə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2010- cu ildə AHM-i fərqlənmə ilə başa vuran Elçin, bir il təkmilləşdirmə kursunu da keçmişdir.
2012 - ci ilin avqustundan Qusar rayonundakı “N” saylı hərbi hissədən vətəninə şərəflə xidmətə başlayan leytenant Elçin Tağıyev daha sonra baş leytenant rütbəsini alaraq Sumqayıt şəhərində “N” saylı hərbi hissədə tağım komandiri seçilmişdir.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayda Goranboy raynundan düşmən üzərinə şığıyıq Elçin Tağıyev. Döyüşlər başalyan ilk gündən qəhrəmanımızın rəhbərlik etdiyi həmlə taboru düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmən istehkamlarını darmadağın edir. Sentyabrın 29 - da Murovdağda, “Ömər” postu uğurunda döyüşdə mühasirəyə düşən taborunu mühasirədən məharətlə çıxarmağı bacarır. Kapitan Elçin Tağıyevin rəhbərliyi ilə mühasirənin yarılması üçün 6 saat davam edən döyüş itkisiz olur.
30 sentyabrdan 1 oktyabra keçən gecə Kapitan Elçin Tağıyevin taboru Murovdağ istiqamətində yerləşən üç yüksəkliyi düşməndən təmizlənilməsi əmrini alır. O, çətin döyüş tapşırığını canı bahasına da olsa yerinə yetirir, düşmən postları təmizlənir. Bu son döyüşündə özü də yaralanan komandir döyüşü davam etdirərək yaralı əsgər və şəhidlərinin döyüş meydanından çıxarılması tapşırığını verir.
Yenilməz komandir E.Tağıyev ağır yaralanmasına baxmayaraq, ağır döyüşü tərk etməyib düşmənin xeyli canlı qüvvəsini məhv edir. Son anda özü də qəhrəmancasına şəhidlik məqamına ucalır. Onun şəhadətə yüksəldiyi möqeyin 52 - gün düşmənin atəş altında saxlaması, nəşinin götürülməsinə imkan verməmişdir. Anacaq düşmən məğlubiyyətə düçar olduqdan sonra, qəhrəman kapitanımızın nəşi şəhid olduğu yüksəklikdən götürülür. Elçin doğulduğu Biləsuvarın Zəhmətabad kənd qəbiristanlığında torpaqa tapşırılıb.
İndi Şəhid kapitanımızın bizlərə 3- övladı-qızı Dəryanur, Tağı və üzünü görmədiyi Məhəmməd adlı oğlanları əmanət qaldı. Elçinin qoxusunu bu gül nəvələrindən alan Ayna ananın itgin düşən zaman yuxusuna gəlmişdi, Elçin: “Elçin həyətə girib :Ay anam, nə yorğunsan, sonuncu gecə isə: Elçin, ay Ana, burada yerim çox narahatdır, məni gəlin aparın-deyib".Səhəri gün, noyabrın 28 -də Biləsuvar rayon Səfərbərlik Xidmətindən xəbər gəlib, oğlunuzun nəşi tapılıb”.
Allah rəhmət eləsin, ruhu şad olsun Şəhidlərimizin!.


Şahnaz Hümbətova
Zəhmətabad kənd kitabxanasının direktoru





Oxunub: 1 209
Oxşar xəbərlər
SON XƏBƏRLƏR