dini radikalizm və ekstremizmlə mübarizə

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”


Respublikamız müstəqilliyə qovuşduqdan sonra son iyirmi ildə aparılan hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması, ölkənin bütün sahələrini əhatə edən köklü islahatlar insanların fəal ictimai proseslərə qatılması üçün münbit şərait yaratmışdır. Dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycan bütün zəruri amillərdən istifadə edərək ölkənin beynəlxalq nüfuzunu artırmaqda, cəmiyyətdə dövlətçilik ənənələrini gücləndirməkdə davam etməkdədir. Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm regionda, həm də bütün dünyada beynəlxalq nufuza malik olan bir dövlətdir. İstər ordumuzun gücü, istər dövlətimizin siyasi iradəsi ilə qazanılmış qələbə Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müyyən edilməsindəki rolunu və statusunu möhkəmləndirəcəkdir.
Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, in¬ki¬şaf yolu vardır.Həm ölkə daxilində gedən proseslər, həm də Azərbaycanın dünya ölkələrilə ikitərəfli və çox¬formatlı əlaqələrinin daim genişlənməsi demə¬yə əsas verir ki, indiyədək aparılmış və bu gün də davam etdirilən siyasi kurs düzgün istiqa¬mət¬dədir. Son on il ərzində görülən işlərin miq¬yası, Azərbaycanın dinamik və hərtərəfli tərəq¬qisi naminə qəbul edilən və uğurla həyata keçi¬ri¬lən qlobal dövlət proqramları, onların real nəticələri, ölkəmizin dünya birliyində öz möv¬qelərini daha da möhkəmləndirməsi bu həqiqəti bir daha təsdiqləyir.
Vətən Müharibəsində qazanmış olduğumuz tarixi qələbə Azərbaycan üçün yeni inkişaf mərhələsinin başlanğıcını qoydu. Əldə edilmiş Qələbə iqtisadiyyatda yeni inkişaf prespektivləri müəyyənləşdirdi. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir.
Ümumiyyətlə, məqsəd və vəzifələri, orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını hazırlamadan ölkənin sosial-iqtisadi həyatında əsaslı dönüşə nail olmaq mümkün deyil.”Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritet”ləri birmənalı olaraq müxtəlif sahələr üzrə əsaslı inkişaf formalaşdıracaqdır. Milli sosial rifah səviyyəsi davaml formada artacaq, iqtisadi artım sürətlənəcək və azad edilmiş torpaqlarımızda Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsi yaranacaqdır. Hər bir vətəndaş bu proqram üzrə formalaşdırılmış beş milli prioritetin qorunması və reallaşdırılmasına xidmət etməlidir. Dövlətin iqtisadi cəhətdən daha da güclənməsi və dayanıqlı inkişaf modelinə əsaslanan iqtisadiyyatının formalaşması Azərbaycanın başlıca seçimidir. Təbii ki, bu strateji planlaşdırma davamlı və yüksək iqtisadi inkişafa xidmət edir. İqtisadiyyatın səmərəliliyinin əsasını onun daxili və xarici təsirlərdən qorumaq məqsədi daşıyır. Bu istiqamətdə iqtisadi stabillik qorunmalıdır. Həyata keçirilən iqtisadi islahatlar cəmiyyətin bütün təbəqələrini əhatə edəcək və yoxsulluq səviyyəsinin daha da aşağı enməsinə səbəb olacaqdır. Regionlarda formalaşdırılmış iqtisadi inkişaf həmin ərazilərdə yaşayan vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılmasına və Azərbaycanın hər regionunda iqtisadi rifahın yüksəldilməsinə xidmət edir.
Dövlətin davamlı inkişafını şərtləndirən əsas amillərdən biri də yüksək səviyyəli təhsil sistemidir. Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın təməli müasir və güclü təhsilə bağlıdır. Müasir dövrdə təhsilin iqtisadi həyatda rolu əhəmiyyətli dərəcədə artmışdır. Hazırda təhsil iqtisadiyyatda tələb olunan bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirməlidir. İnsanın ömür boyu təhsil almaq tələbatının ödənilməsi isə təhsilin iqtisadi həyatda rolunu yüksəldən amillərdən ən mühümüdür. Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan, yaradıcı düşüncəni inkişaf etdirən və təhsilalanın fərdi xüsusiyyətlərini nəzərə alan müasir, fəal-interaktiv təlim metodları daha yüksək nəticələr verir. Həmin məqsədlə, davamlı olaraq mütərəqqi tədris metodlarının yaradılması və müəllimlərin səriştəsinin artırılması təhsil siyasətində mühüm yer tutur.
Son illər ərzində ölkənin bütün istiqamətlərində yaşıllaşdırma işləri planlı şəkildə həyata keçirilir. Qlobal iqlim dəyişiklikləri həm yaşıllaşdırma işlərinin daha da sürtəli şəkildə aparılmasını, həm də ekoloji cəhətdən təmiz texolohiyaların tətbiqini daha da zəruri edir.
Ümumillikdə 2030-cu ilədək həyata keçiriləcək olan Milli Prioritetlər Azərbaycanın sosial-iqtisadi cəhətdən daha da inkişaf etməsinə, təhsil sisteminin iqtisadi həyatdakı rolunun tam formalaşdırılmasına, işğaldan azad edilmiş doğma torpaqlarımızda inkişafın sürətlənməsinə xidmət edəcəkdir.

Qəmbər Bağırov
Biləsuvar rayon Məhsul qəzetinin baş redaktoru

Oxunub: 525
Oxşar xəbərlər
SON XƏBƏRLƏR