dini radikalizm və ekstremizmlə mübarizə

Abşeronda Vətən müharibəsində şəhid və qazi olmuş hərbiçilərin ailələri ziyarət edilib


Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan dövlətində gənclər siyasətinin əsası qoyuldu.
Heydər Əliyevin Prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərində hiss etmişlər.
1997- ci ildə Prezidentin sərəncamı ilə 2 fevral Azərbaycan Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır.
Biz gənclərimizin dövlətçiliyə bağlı, yüksək vətənpərvərlik ruhunda tərbiyyə aldığının məhz 44 günlük II- ci Qarabağ müharibəsi dövründə bir daha şahidi olduq. Gənclərimiz torpaqlarımızı düşmənin əsarətindən azad edərək Şəhidlik zirvəsinə ucaldılar. Onların çoxluğu Qarabağ torpaqlarını qanları ilə sulayaraq zəfər sevincini xalqa yaşatmaqla ölməzliyə imza atdılar, bu gün hər birimiz bizə zəfər qürurunu yaşadan minlərlə Qazilərimiz və əsgərlərimizlə fəxr edirik.
1997- ci ildən fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, şəhid ailələri, qazilər, veteranlar, könüllülər və RİH yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri və fəal gənclər fevralın 2-də Xırdalan şəhərindəki Şəhidlər Abidəsinə gələrək, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Daha sonra Abşeron rayon İcra Hakimiyyətinin və "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Abşeron rayonunda Vətən müharibəsində şəhid və qazi olmuş hərbiçilərin ailələri ziyarət edilib.
Rayonun kənd və qəsəbələrində, eləcədə Xırdalan şəhərində keçirilən görüşlər zamanı vurğulanıb ki, igid oğullarımız vətənin azadlığı, bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəliblər. Eyni zamanda, cəsur qazilərimiz ölkəmizin ərazi bütövlüyü yolunda öz sağlamlıqlarından keçiblər. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib və şəhid ailələrinin, qazilər və Vətən müharibəsinin iştirakçılarının daim diqqətdə olacaqları, onların hər zaman dövlətimizin qayğısını hiss edəcəkləri bildirilib.
Şəhid və qazi ailələrinin ziyarət aksiyasına Abşeron Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Gənclər Birliyinin kollektivi və RİH yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri qoşulublar. Görüşlərdə qazi və şəhid ailələri ilə söhbət edilib, gündəlik qayğı və problemləri ilə maraqlanılıb.Aksiya zamanı şəhid və qazi ailələrinə ərzaq sovqatları təqdim edilib, mənəvi dəstək göstərilib.
Qazi və şəhid ailələri ölkədə şəhid ailələrinə, qazilərə və veteranlara diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, aksiya Abşeron rayonu ərazisində yaşayan 200 şəhid və qazi ailəsini əhatə edib.





Oxunub: 559
Oxşar xəbərlər
SON XƏBƏRLƏR