dini radikalizm və ekstremizmlə mübarizə

Bayrağı ucaldanlar bayramınız mübarək


Torpaqları işğalçılardan azad edən əsgərlər və zabitlərdir. Bayrağı da onlar qaldırırlar, torpağı da onlar işğalçılardan təmizləyirlər!
İlham Əliyev.

Şərəfli tariximizə hər gün yeni bir qələbə həkk olundu...Və bu yolda Azərbaycanımızın firavanlığı, çiçəklənməsi, qüdrətlənməsi, bütün dünyada öz sözünü əzimlə deyə biləcəyi naminə yaxın könüllülər sırasında əsgər Mirrəhim Əhmədov da canını fəda verərək Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində uğurlu əməliyyatda əlindən gələni əsirgəmədi.
Əliyevlər ailəsi adından Əhmədovlar ailəsini Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020 - ci il tarixli Sərəncamları ilə Azərbaycan Respublikasının Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının əsgəri Mirrəhim Mirzə oğlu Əhmədovu “Füzulinin azad olunması” və "Xocavəndin azad olunması" medalları ilə təltif edilməsi münasibətilə təbrik edir, onun simasında dövlətimizin bütövlüyünü öz canı bahasına qoruyan igidlərimizə dərin minnətdarlığımızı bildiririk.
Bu tarixi gündə Sizin də qan imzanız var!!!
Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı Yeni Tarix yazdı...Yaşa Prezidentim!
Əzəmətli Azərbaycanım, Şanlı Bayrağım, Qüdrətli Azərbaycan Ordum, Rəşadətli Azərbaycan Əsgərim həmişə var ol
Qarabağ Azərbaycandı!
PS. Gənclər gününüz mübarək olsun igidlər.
Bayramın mübarək Qazi Mirrəhim.

hörmətlə,

Əliyevlər ailəsi.

Oxunub: 521
Oxşar xəbərlər
SON XƏBƏRLƏR