dini radikalizm və ekstremizmlə mübarizə

AVROPA İTTIFAQI ŞURASINA


Azərbaycan Respublikası Ağcabədi rayon ərazisində yerləşən Laçın rayon
Qarakeçdi kənd Obasında yaşayan Şükürov İkram Şükür oğlu tərfindən

M Ü R A C İ Ə T

Mən 1971-ci ildə Azərbaycan Respublikası Laçın rayon Qarakeçdi kəndində anadan olmuşam.Ali təhsilli tarix müəllimiyəm."Yaşamaq da cinayətdir" adlı şerlər kitabının müəllifiyəm.Kitabda yer alan " Laçınsızlıq" poemasındakı
Satqın biqeyrətlərin olmadı Allahları!
Yerli Əhalidən də yığdılar silahları.
misraalrına və "Müasir dünyanın demokratiyası" poemasındakı bəzi misraalrına görə Laçın rayon İcra Hakimiyyətinin keçmiş başçısı 2015-ci fevral ayında məni görüşə çağırdı.Görüş zamanı başçı mənə dedi: "Sənin şeirlərin qızışdırıcı, insanlarda mübarizə, üsyankarlıq yaradan nsanlara əcəl gətirən insanların beynin ueuən, özün kimi terrorçu ,vəhşi yırtıcı canavar şeirləridir.Səni zindanlarda çürütdürəcəm, zindanlarda Nobel mükafatı alacaqsan".Beləliklə keçmiş başçının sifarişi ilə Laçın rayin hüquq mühafizə orqanları tərəfindən mənə qarşı qondarma cinayət oyunu quruldu.Bununda əsas səbəbi keçmiş başçının yuxarıda qeyd etdiyim kimi, "Laçınsızlıq" poemasındakı misralarda yazdığım əhalidən silahların (ov tüfəngləri) yığlması zamanı Laçın rayon Polis şöbəsinin ən yüksək vəzifəli məmurlarından biri olması idi.
14 yanvar 2016-cı ildə mənimlə eyni ərazidə yaşayan Verdiyev Xanalıya məxsus 190 markalı mersedes avtomobili yandı.Laçın rayon Polisləri əhali arasında təbliğat aparırdılr ki,aftomobili İnkram Şükürov yandırıb.
19 mart 2016-cı il tarixdə Laçın rayon Qarakeçdi kənd məktəbinin həyətində camaatı toplayıb daşatma oyunu keçirtdilər.Hər kəs bir daş atdı ki,bu daş aftomobili yandıranın daşı olsun.Mən də bir daş attım.Sonra polislər və Verdiyev Xanalı ifadələrində qeyd ediblərki,İnkram Şükürov daşı yaxın məsafəyə atdı,ona görə də bildir ki,aftomobili yandıran odur.Həmin gün 19 martdan 20 marta keçən gecə mənə məxsus olan mal tövləsinə bitişik ot tayamı yandırdılar.Hadisə yerinə gələn polis əməkdaşı,qondarma cinayət oyununun oyunçusu Rafiq Hüseynov uca səslə dedi:ay camaat öz ot tayasını özü yandırıb.Tüstüdən 3 baş malım zəhərlənib öldü.
28 iyun 2016-cı il tarixdə məni qeyri-qanuni olaraq həbs etdilər.Laçın rayon polis Şöbəsinin rəisi və müavini mənə çox ağır işgəncələr və istirablar verirdilər ki,cinayəti öz boynuma götürüm.Ağır işgəncələrə və istirablara baxmayaraq mən onların çirkin əməllərini rədd ettim.Bu gün də sol ayağımda işgəncələrin izləri var.
9 iyul 2016-cı il tarixdən başlayaraq 9 ay mənə görüş və telefon danışığı vermədilər.
3 may 2017-ci il tarixdə Laçın rayon məhkəməsinin hakimi C.İbrahimov tərəfindən mənə 4 il ay azadlıqdan məhrum etmə cəzası verildi.
Laçın rayon Polis şöbəsində tərtib edilən saxta ittdiham aktında və məhkəməsinin hökmündə aşağıdakı ittihamla ittiham olunub cəza aldım. Həmin ittdiham belədir: 14 yanvar 2016-cı il tarixdə İkram Şükürov benzinlə isladılmış köynəyi özü ilə apararaq Verdiyev Xanalıya məxsus 190 markalı mersedes avtomoblinin qabaq sol təkərinin üstə qoyaraq yandırılmış avtomobil yararsız hala düşmüş, Xanalıya 4600 manat məbləğində ziyan vurulmuşdur.
Hadisədən 17 gün sonra Xanalı guya yanmış avtomobilin qabaq sol təkərinin dayandığı yerdən köynəyinin yanmış hissəsini, Polislər isə köynəkdən guya 15 ədəd baş tükü tapmışdılar.
Çox hörmətli Avropa İttifaqı Şurası!
Benzinlə isladılmış köynəyi aparıb avtomoblin qabaq sol təkərinin üstə qoyub yandıqrdıqda sol təkər tamamilə yanırsa, motorxana yanırsa, rolun cihazları yanırsa ,alın şüşəsi oddan, alovdan qırılb məhv olursa həttda kapotun və krelin dəmirləri yanıb yararsız hala düşürsə o odun alovun içində benzinlə isladılmış köynəyin yanmamış yarı hissəsi necə, nə cür yanmamış qala bilər?
O odun alovun içində benzinlə isladılmış köynəyin üstə 15 ədəd baş tükü necə yanmamış qala bilər?
Ekspertin rəyində 12-15 saylı tüklər həm heyvana həmdə mənə aid edilir.Heyvan geni ilə insan geni eyni ola bilrərmi? Onuda qeyd edim ki, avtomobil yandıqdan 1 gün sonra Bakıdan EKspert gəldi və avtomoblin qabaq sol təkərinin dayandığı yeri 2-3 metr məsafədə qazma bellə təmizləyib torpaq nümunələri götürdü bəs nə üçün köynəyin yanmamış hissəsini götürmədi? Köynəyin yanmış hissəsi hadisədən 17 gün sonra tapılmışdır.Bu 17 gün ərzində Laçın rayon İH-nin başçısı, müavinləri rayon Prakroru, Polis rəisi polislər , qohumlar, tanışlar təxminnən 400 nəfərə yaxın adamlar hadisə yerinə gəlib baxmışlar.Ancaq heç kim hadisə yerində benzinlə isladılmış köynəyin yanmış hissəsini görməmişdir.
Bəs yaxşı necə oldu ki, 400 nəfər yaxın adamın hadisə yerində görmədiyi, eksprtin qazma bellə təmizlədiyi yanmış avtomoblin qabaq sol tərəfinin dayandığı yerdən 17-gün sonra avtomoblin saxta sahibi Verdiyev Xanalı benzinlə isladılmış köynəyin yanmış hissəsini tapdı? Ona görə Verdiyev Xanalıya avtomoblin saxta sahibi deyirəm ki, sonradan məlum oldu ki, həmin yanmış avtomobil Verdiyev Xanalıya yox onun əmisi oğluna məxsus imiş.Ancaq hakim müstəntiqlərin şəxsi fikirlərini dövlət sənədindən, avtomoblin pasportundan üstün tutaraq avtomoblin Verdiyev Xanalıya məxsus olmasını qəbul etdi. Verdiyev Xanalı məhkəmədə də mülki issiaçı və zərər çəkmiş qismində tanındı.
Mən bu qondarma cinayət oyununun 10 faizini yazdım.Onuda qeyd edim ki, poçt vasitəsi ilə sizə müraciət etdiyim məktubu bir müddətdən sonra mənə qaytardılar, sizə göndərmədilər. 23 oktyabr 2018-ci il tarixdə 2018-ci ildə 2 il 4 ay günahsız cəza çəkdikdən sonra Ali məhkəmə cinayət işinə xitam verərək məni azadlığa buraxdı, ancaq mənə bəraət vermədi bir sözlə poeziyama görə şer və söz azadlığımı boğmaq üçün məni zəlil edib evimi yıxdılar. 5 ildir ki, ailəm iqtisadi blokadada saxlanılır, Dövlət büdcəsindən evimə pul gəlmir. Mənə və ailəmə ögey, yad həttda düşmənçilik münasibəti bəslənilir.Ancaq bunlardan Cənab Prezidentimizin xəbəri yoxdur. Səsismi Cənab Prezidentimizə çatdırılmasına imkan vermədilər. Başıma gətirilən şər-böhtan oyunlarından Cənab Prezidentimiz İlham Əliyevin xəbəri olsaydı xalq-ədalət öz yerin tapmış olardı.Məni iş yerimə qəbul etmədilər.Artıq ailəm acından ölmə təhlükəsindədir. And olsun allaha nə yazmışamsa hammısı düz və doğrudur.
Sizdən xahiş edirəm öldürülmüş haqqımın, ədalətimin mənə qaytaraılmasında səsimi Cənab Prezidentimizə çatdırılmasında, ailəmin acından ölməməsi üçün iqtisadi blokadadan çıxarılmasında mənə köməkdarlıq edəsiniz.Allah naminə, insanlıq naminə ailəmin acından ölməməsi üçün mənə yardım edin.Mən müraciətimi Avropa İttifaqına yazdığım şeirlə yekunlaşdırıram.

Avropa İttifaqı!

Haqqımı öldürdülər, yerin-də bilməyirəm,
Əgər yeyilməyibsə, nəzir-niyaz deyirm.
Öldürülmüş haqqımın ölüsün istəyirəm,
Heç olmasa basdırıb qəbrimin yerin bilim.

Qolumda qandal adlı bu ağ rəngli zəncirin,
Şahiddir sitəmimə, gəlmisiz matəmimə
Avropa İttifaqı!

Mən tək, şərçilər ordu, eldi, kənddi, şəhərdi,
Mənə qarşı Prakror, Polis, Hakim də şərdi.
Ürəyimə yükləyib, mən çəkdikcə bu dərdi,
Mərdliyim özümdəkən,sevgim artır ölməyə.

Saxta müstəntiqləri ,tablaşmaram görməyə,
İçimi içim yeyir,şeir könlüm dərd yeyir
Avropa İttifaqı!

Haqqım, ədalətim yox, ayaqlar altında qalmış,
Ümidlərim,inamım əldən düşüb, qocalmış.
Haqqın uca şairin şər zindanlara salmış,
Zindanda da sınmayan bu uca dağlığıma.
Zindanlarda saxlanan şer azdlığıma,
Azadlıq məhəbbətin,
Nə deyir ədalət?!
Avropa İttifaqı!

Azadlıq adı altda, bayır da mənə zindan,
Qadağalar içində ailəm ölür acından.
Bezmişəm bu həyatın müasir dünyasından,
Demokratik qanunlar qaydalar işgəncəmi?!

Qoy dünya salamlasın bu ölüm işgəncəmi!
Son qoysun zülümümə,
Eşq olsun ölümümə,
Avropa İttifaqı!

İmzam İkram Şükür, poeziyada vulkanam,
Sarsılmaz qasırğayam, cəsarətəm,üsyanam.
Mən allahın yaxını, söz elçisi insanam!
İnsanlığı şərləyən,Allahsız şərçilərdən,
Böhtanla, Şərləməyə iş verən işçilərdən,
Qoruyun haqqın yerin,
Harayıma hay verin.
Avropa İttifaqı!
Avropa İttifaqı!

İmza: İkram Şükürov.
tel: 050-759-37-12

Oxunub: 527
Oxşar xəbərlər
SON XƏBƏRLƏR