dini radikalizm və ekstremizmlə mübarizə

And yerimiz olan Şəhidlərimiz Suraxanı RİHB- nın hər an diqqətindədir


And yerimiz!
Qürur mənbəyimiz!
Gələcək üçün yeni tarix yazan bu günün Şəhidləri və Qaziləridir!
Görəsən hər bir insan vətəndaşlıq borcu bilərək, bu müqəddəs varlıqların vətənpərvərlik nümunələrini dəyərləndirirmi?
Suraxanı Rayon İcra Hakimiyyətinin Başçısı Əziz Əzizovun şəhid ailələrinə göstərdiyi diqqət və qayğısı haqda sosial mediada bir çox yazılarla qarşılaşdığımız üçün jurnalist araşdırması aparmaq qərarını verdik. Eşitdiklərimiz və oxuduqlarımızın təsdiqini tapmaq üçün Suraxanı rayonuna yollandıq. Əziz Əzizov haqqında ilk qarşılaşdığımız sakinlə söhbət apardıq.
Jurnalist olduğumuzu bildirdik. RİH -nin başçısı haqqında soruşduq. Özünü Sevda Umudova kimi təqdim edən şəxs dedi:
- Yeni təyin olunmasına baxmayaraq, hər kəs onu tərifləyir. Şəxsən tanımıram. Deyirlər çox insan adamdır. Qəbulunda olan hər kəsi səbrlə dinləyir. Kömək etmək üçün bacardığını əsirgəmir.
S.Nəzərova həkim olduğunu bildirdi və dedi:
- Rayonun sakini kimi deyə bilərəm ki, ata-baba yurdum olan Əmircan qəsəbəsinin günü-gündən çiçəklənməsi və abadlaşması, problemlərin tez bir zamanda azalması və həlli yolunu tapması məni çox sevindirir. Ağır pandemiya dövründə olmağımıza baxmayaraq, Əziz Əzizov hər bir sakinin qayğısına, probleminə operativ cavab verərək ,kömək edir. Onun bu addımları bizdə məmurlara qarşı inamı artırır. Kaş ki, bütün icra başçıları bizim rayonun rəhbəri kimi ola. Əsl sədaqətli , Azərbaycanın mərd oğlu!
Quliyeva Rəna Bülbülə qəsəbə sakini deyir:
-Mən Ə.Əzizovu şəxsən tanımıram, amma onun haqqında ancaq yüksək fikirlər eşidirəm. Həm də sosial mediada gördüyüm paylaşımlardan bir daha əmin oluram ki, həqiqətən həm yaxşı rəhbərdir, həm də xalqına dəyər verən insandır. Çünkü bir məmur ki, Şəhidini baş tacı bilirsə ,demək ki, o ən yüksək xüsusiyyətləri özündə cəmləşdirib.
K.Əliyev gənc olmasına baxmayaraq Rayon İcra Başçısı haqqında çox yüksək fikirlər söylədi:
- Əziz müəllim az bir müddətdə Suraxanı rayonu üzrə Vətən müharibəsində iştirak edən Əmircan, Bülbülə, Yeni Suraxanı, Yeni Günəşli, Qaraçuxur, Zığ və digər qəsəbələrdən Şəhidlik zirvəsinə ucalmış hər bir şəhidin ailəsini diqqətində saxlayırsa, bu ali insanlığın nümunəsidir. Mən gənclərə dəyər verən İcra Başçımızın gözəl əməllərini təqdirə layiq sayıram.
P.S. Araşdırmamız öz təsdiqini tapdı. Əziz Əzizov 49 Şəhid ailəsinin ən çətın anlarında yanlarında olaraq 3 mərasimlərinin keçirilməsini yüksək şəkildə təşkil edib. Hər birinin məzar daşlarını yüksək səviyyədə hazırlanmasını təmin edib . Mütəmadi olaraq hər bir ailənin evində olaraq ,dərdlərinə şərik olub, şəhidlərin doğum günlərini ,ailələr ilə birlikdə keçirərək məzarlarını ziyarət edib.
II Qarabağ müharibəsi dövründə şəhidlik zirvəsinə ucalan Bülbülə qəsəbə sakini Şəhid Hüseynzadə Fərid Eldəniz oğlunun ailəsinin evi əsaslı təmir edilib.
Qazi ailələrinə gedərək onları ziyarət etməsi
və onların problemlərinin həll olunmasında köməkliyini əsirgəməməklə Ə.Əzizov Azərbaycan Respublikasının Prezdenti ,
Ali Baş Komandanımız İlham Əliyevə sədaqətini və ona verilən etimadı doğruldur.
Hər bir icra başçısı Şəhidinin, Qazisinin qayğısına qalarsa, vətənimizin bu çətin dönəmində heç bir şikayət narazılıq olmaz və bu müqəddəslərimizin borcunu bir az da olsa qaytarmış olarıq!
Suraxanı İcra Başçısı Əziz Əzizova etdiyi xeyirxah işlərində uğurlar arzu edərək, davamlı olmasını arzulayırıq.
Hər bir Şəhidin ruhunun şad olması, hər bir Qazimizin keçdiyi həyat yoluna hörmətlə yanaşıb dəyərləndirmək, hər bir vətəndaşın borcudur!

G.Nurani
Djb.az





Oxunub: 857
Oxşar xəbərlər
SON XƏBƏRLƏR