dini radikalizm və ekstremizmlə mübarizə

“Bayraktar”lar Vətən müharibəsinin gedişi zamanı...– Prezidentin köməkçisi

“Bayraktar”lar Vətən müharibəsinin gedişi zamanı...– Prezidentin köməkçisi

Türkiyə və Azərbaycan regionda çoxlu sayda layihələr icra edirlər. Həmin layihələrin əsası qoyulan zaman buna çoxları skeptik yanaşırdılar. Amma Türkiyə və Azərbaycanın güclü siyasi iradəsi bu layihələrin reallaşmasına səbəb oldu.

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiklərini vurğulayıb. Hərbi-texniki əməkdaşlıqdan bəhs edib:
“Vətən Müharibəsinin gedişi zamanı “Bayraktar”lar vəziyyətin strateji səviyyədə dəyişməsinə təsir etdilər. Bu, həm də elmdir. İki ölkənin diaspor, elm və ictimai diplomatiya sahəsində də əməkdaşlığının genişləndirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Türkiyə-Azərbaycan münasibətləri stabil şəkildə inkişaf edir.

Bizim hazırda düşüncəmiz ondan ibarətdir ki, qarşıdan gələn dövrdə necə edək ki, bu əməkdaşlığı daha da dərinləşdirək. Kreativ, innovativ əməkdaşlıq metodları tətbiq edək. Bu əməkdaşlıq heç kimə qarşı deyil, əksinə regionda əməkdaşlığı gücləndirir”.

Oxunub: 584
Oxşar xəbərlər
SON XƏBƏRLƏR