dini radikalizm və ekstremizmlə mübarizə

Böyük Qayıdış"


Nəyi necə nə vaxt etməyi" çox gözəl və müdrik şəkildə bacara bilən Möhtərəm Cənab Ali Baş Komandanımız "Xalqın Xidmətçisi", artıq Mədəniyyətimizi Qarabağa qaytarır. Bəli Qarabağa..! Bir zamanlar yuxu kimi görsənən, ancaq bu zəfərli- şanlı "Qalib Ölkə" kimi tamamlamış Sərkərdə, hər bir arzuları gerçəkləşdirir, yorulmur, yatmır, hər bir Azərbaycan vətəndaşının maraqlarından çıxış edir. Ölkə Başçımız qürur adımızdır:
İlham Əliyev:
“Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”
Bu günlər üçün sözsüz Şəhidlərimizə qazilərimizə borcluyuq. Onların qanı bahasına "Bütöv Azərbaycanın" yeni təməli, yeni mədəniyyəti, bərpa olunur. Gənc kadrlarla, yeni texnologiyalara üstünlük verilir. Bütün bu proqramlar əlbətdə bilikli, savadlı, müdrik Lider tərəfindən həyata keçirilir...
Mehriban xanım Əliyeva:
Bu müharibəni biz şəhidlərimizin canı, qanı bahasına, hərbçilərimizin şücaəti hesabına qazanmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah onların yaxınlarına səbir versin! Bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək.

Şuşa Mədəniyyətimizin paytaxtıdır!
“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”.
Bunu Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirib.
Prezident İlham Əliyev: 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətimizin - Xurşidbanu Natavanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya gətirmişəm.
Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar.

Şuşa

Pənah gətiribdir Qarabağ xanı,
"Şahbulaq", "Bayatın" daşlı karvanı.
"Şuşa Qalasının" o istehkamı...
Əziz Şuşamızdır azad bülbül tək,
Qədimi tarixdən gəlib bu istək!

İbrahimxəlilin-Qarabağ xanı,
Molla Pənah Vaqif vəzir olanı.
Məhəllə diyarı, "Xoca mərcanlı"...
Əziz Şuşamızdır azad bülbül tək,
Qədimi tarixdən gəlib bu istək!

Musiqi beşiyi, sənət oylağı,
Xarrat Qulunundur "Məktəb Muğamı".
Bülbül, Natavanı, Möhsün Nəvvabı..
Əziz Şuşamızdır azad bülbül tək,
Qədimi tarixdən gəlib bu istək!

Qafqaz məktəbinin sənət məbədi,
"Xarı Bülbüllmüz" bitər əbədi.
Dağlar yamacında "evlər səbəti"...
Əziz Şuşamızdır azad bülbül tək,
Qədimi tarixdən gəlib bu istək!

Əziz Şuşa sən azadsan!
Əziz Şuşa qayıtmısan.
Həm Heydərsən, həm İlhamsan!
Könüllərin evi sənsən!
Qarabağın beşiyisən!

Emil Xanlarov (24.11.2020)

Prezident İlham Əliyev:
Hansı əxlaqdan danışmaq olar ki, indi bütün dünya işğalçıların törətdiyi dağıntıları görür. Bəşər tarixində dünyada müharibələr və dağıntılar çox olub, lakin mənim fikrimcə, XX əsrdə belə barbarlıq, vandalizm və dağıntılar, şəhərlərin və kəndlərin qəsdən məhv edilməsi görünməyib.
Prezident İlham Əliyev: Biz Şuşanı qoruyacağıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaq !


Əlbətdə hələ 2020-ci ilin əvvəli Könüllülər ili elan olunması dövründə, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir YAP Gənclər təşkilatı,Bərdə Regional Mədəniyyət İdarəsi, Mingəçevir Mədəniyyət Nümayəndəliyi,Mingəçevir Heydər Əliyev Mərkəzi kollektivi, Mingəçevir Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ qrup üzvləri, Gənc Mədəniyyət Könüllüləri bir güc ətrafında birləşərək gücümüzü birgə nümayiş etdirib, bu uğurlu siyasətdən öz gündəlik həyatımızda bəhrələnərək,gündəlik iş və fəaliyyətimizdə Vətənə, vicdan, şərəf ləyaqətlə and içib sona qədər inanıb, bu yola qürurla çıxdıq. Çünki məhz bu yol şərəfli, xoşbəxt, sonu Qalibiyyət dolu bir yoldur. "Bütöv Azərbaycan" Qarabağ Mədəniyyəti ilə zəngin və ulu olan parlaq gələcəyi olan bir yoldur. Güclü, heç kimdən asılı olmayan xoşbəxt, güclü, müstəqil Azərbaycanın yoldur!
Ölkə başçımızın ətrafında "Dəmir yumruq" kimi birləşib, hər zaman düşmənə qalib gəlib sona kimi bu yoldan çəkinməyəcəyik. Çünki bu yolu bizə azad, sərbəst, müstəqil, heç kimdən asılı olmayan, Azərbaycanın memarı Ulu Öndərimiz və onu bütöv tamamlayan Möhtərəm Cənab İlham Əliyev açmışdır. Yolumuzun sonu Qarabağımızdır.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Öz yaradıcı işlərimizdə hər zaman bizə dəstək olan, əhatəmizdəki dostlarımıza, sağlam komandamıza dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Tədbirlərimizin mətbuatda işıqlandırılmasında hər zaman kömədarlığını əsirgəməyən Esmira Hidayətqızı xanıma xüsusi təşəkkürümü bildirirəm.
Hər kəsə yeni, bütöv, güclü, modern Azərbaycanımız uğrunda işlərində daha böyük səy, ləyaqətlə xidməti arzulayıram!

Emil Xanlarov
Mingəçevir Heydər Əliyev Mərkəzi

Oxunub: 997
Oxşar xəbərlər
SON XƏBƏRLƏR