dini radikalizm və ekstremizmlə mübarizə

Nazirdən peyvənddən sonra AÇIQLAMA

Baxış Sayı:154

Nazirdən peyvənddən sonra AÇIQLAMA

Səhiyyə naziri Oqtay Şirəliyev bu gün COVID-19 virusuna qarşı peyvənd olunduqdan sonra jurnalistlərə açıqlama verib.

KONKRET.az xəbər verir ki, nazir O.Şirəliyev bilirib ki, ölkə rəhbəri İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın səyi nəticəsində Azərbaycan əhalisini ilk vaksinasiya edən ölkələrdən olub:

“Əksər ölkələrə növbə bəlkə də ilin sonuna, yaxud gələn ilə çatacaq. “Sinovac” vaksini çox effektlidir, əsas odur ki, mənfi təsirləri olmayıb. Ola bilər, bir neçə şəxs vaksinin ilkin dozasından sonra virusa yoluxub, amma onlar da xəstəliyi yüngül keçirir. Jurnalistlər də insanlarla sıx münasibətdə olur, sizi vaksinasiyaya qoşulmağa dəvət edirəm”.

İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qeyd edib ki, dünyada olan vaksinayalardan çalışdıq ki, ən təhlükəsizini seçək:

“Qısa zaman ərzində vaksinasiyanın təsirini görəcəyik. İlk olaraq bu gündən tibb işçilərinin vaksinasiyası başlayır”./qafqazinfo/

Oxşar xəbərlər
SON XƏBƏRLƏR