dini radikalizm və ekstremizmlə mübarizə

Gülərüz, xeyirxah və sadə bir insan olan Cavanşir müəllimə ithafən yazıram


Əvvəlcə bu dəyərli insanın tərcümeyi-halına çox qısaca bir nəzər salaq.

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Dekan müavini olan Cavanşir Xankişi oğlu Muradov 1966-cı ilin mart ayının 10-da Azərbaycanımızın gözəl guşələrindən biri olan Ağdam rayonunun Mərzili kəndində anadan olub. O, 1973-1983-cü illər arasında Məmməd Rahim adına 7 nömrəli Orta məktəbdə təhsil alıb. Ali təhsilini isə 1986-1991-ci illər aralığında Kuban Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Cavanşir müəllim 1992-ci ildən Bakı Dövlət Universitetində çalışır, özü ailəlidir və iki övladı vardır. O, müxtəlif elmi dərəcələr almış, bir çox dissertasiyalar müdafiə etmiş, Filologiya fakültəsinin müxtəlif kafedralarında çalışmış, bir çox elmi əsərləri işıq üzü görmüşdür. O, 2011-ci ildən etibarən isə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Dekan müavini vəzifəsini icra etməyə layiq görülmüşdür.

Ona insanlıq nöqteyi-nəzərdən bir baxış

Cavanşir müəllim dəyərli bir pedaqoq olmaqla yanaşı, həm də ki, insanlıq nöqteyi-nəzərindən çox sadə, təmiz və mehriban adamdır. Həmişə çalışmışdır ki, gənclərin qayğısına qalsın, onların sıxıntılarını həll etsin və insanpərvərlik nümayiş etdirsin. O, Filologiya fakültəsinin bütün işçi kollegiyasının və tələbə kollektivinin sevimlisinə çevrilməyi bacarmışdır. Kütlənin hörmətini qazanmaq və cəmiyyətin nəzərində əziz görünmək heç də asan başa gələn bir iş deyildir. Sırf buna görə xeyirxah, sadə, mehriban, savadlı olmaq lazımdır. Bütün bu sadaladığım müsbət keyfiyyətlər isə heç şəkk-şübhəsiz ki, haqqında danışdığım Cavanşir müəllimdə özünü büruzə verir. Şəxsən mən də onun tələbəsi və səxavətinin şahidi olmuşam. O, həmişə tələbələrə dəstək olmuş, onları nə dərslərdə və nə də ki, imtahanlarda kəsməmişdir. Elə etmişdir ki, yaddaşlarda pis müəllim kimi yox, əksinə, xeyirxah müəllim obrazında qalsın. Bunu isə bacarmışdır. Elə məhz ona görə də Filologiya fakültəsini 10-15 il bundan əvvəl bitirməklərinə baxmayaraq, hələ də Cavanşir müəllimi yada salan tələbələr vardır. Bəli, bu cür özünə hörmət edən müəllimlər, dəyərli pedaqoqlar olduqca azdır. Allah Cavanşir müəllimə uzun ömür, can sağlığı bəxş etsin və həyat yolunda ona hər daima xeyir, uğur, ruzi-bərəkət, bol-bol nailiyyətlər, tükənməz müvəffəqiyyətlər və Uca mərtəbələr bəxş etsin, amin!

Ərtoğrul Aypar
BDU-nun Filologiya fakültəsinin IV kurs tələbəsi

Oxunub: 691
Oxşar xəbərlər
SON XƏBƏRLƏR