dini radikalizm və ekstremizmlə mübarizə

Rus sülhməramlılarına həmin gün Şuşa qadağan edildi - ƏTRAFLI

Rus sülhməramlılarına həmin gün Şuşa qadağan edildi - ƏTRAFLI

Prezidentin Şuşaya səfəri zamanı maraqlı, həm də bölgənin gələcəyinə dair mesaj hesab olunacaq hadisə baş verib.

Yanvarın 15-dən 17-dək Rusiya Fövqəladə Hallar Nazirliyi sülhməramlıların müşayiəti ilə Şuşada Mədəniyyət Evinin yaxınlığında axtarış-xilasetmə işlərini həyata keçirməyi planlaşdırıb.

Müharibə dövründə Ermənistandan gələn polislər Şuşa Mədəniyyət Evində toplanmışdı. Həmin vaxt Azərbaycan Ordusu dəqiq atəşlə cəbhəyə döyüşə göndərilən erməni polisləri məhv etdi. Hələ də həmin ərazidə cəsədlərin axtarışı aparılır.

Lakin Azərbaycan tərəfi bu dəfə icazə verməyib:

1. Prezident İlham Əliyev Şuşada idi;

2. Axtarış-xilasetmə prosesində cəsədlərin tanınması üçün ermənilərin də iştirak etməsi istənilib;

Ermənilər cəsədlərin tanınması üçün axtarış prosesində iştirak edir, amma Prezidentin Şuşa səfəri zamanı buna “yox” deyilməsi təsadüfi deyil. Ermənilər yazır ki, Azərbaycan həmin ərəfədə Rusiya FHN-nin də axtarış icazəsini ləğv edib.

Ermənistan tərəfi iddia edir ki, Şuşa Mədəniyyət Evinə zərbə nəticəsində 22 polis məhv edilib, lakin polis polkovnik-leytenantı Armen Qazaryan və bir neçə polis əməkdaşı itkin düşüb: onların nə cəsədi var, nə də əsirlər arasında adı.

Mədəniyyət Evinə zərbə endiriləndən sonra Armen Qazaryanın ərazidən qaçdığına dair məlumatlar var, lakin indiyə qədər ondan iz tapa bilmirlər.

Nəhayət, bu gün Rusiya FHN-nin əməkdaşlarının axtarış aparılmasına icazə verilib. Xarabalıqlar altında heç bir iz tapılmayıb.

Prezidentin Şuşa səfəri zamanı bu addım Qarabağdakı separatçılarla bağlı Bakının qəti mövqeyinin ifadəsidir. Və bu mesaj xüsusilə Rusiyaya ünvanlanıb…

Oxunub: 345
Oxşar xəbərlər
SON XƏBƏRLƏR