dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - Müdafiə Nazirliyi

Baxış Sayı:75

Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - Müdafiə Nazirliyi

Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralandığı barədə Ermənistan KİV-lərində bu gün yayılmış məlumatı Azərbaycan Müdafiə Nazirliyi qəti şəkildə rədd edir.

KONKRET.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Azərbaycan Ordusu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərinə ciddi şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb”, – o vurğulayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR