dini radikalizm və ekstremizmlə mübarizə

BİR AİLƏNİN VƏTƏN SEVGİSİ- yaxud Zəfər tariximizin memarları...


Biləsuvar şəhərinin sakini, mərhum Allahverdi Qurbanovun ailəsində böyüyən 3 oğlu Silahlı Qüvvələrimizdə Vətənə etdiyi xidmətləri ilə qürur duyur. Sefulla 1-ci Qarabağ müharibəsində sağlamlığını itirib, Qarabağ müharibəsi əlilidir. Qurban uzun illər müddətdən artıq hərbi xidmət qulluqçusu kimi orduda xidmət edib, birinci Qarabağ veteranıdır. Kiçik qardaş Tetan da şərəfli hərbiçi peşəsini üstün tutaraq 20 ilə yaxındır Müdafiə Nazirliyinin Havadan Müdafiə bölmələrində MAXE-dir. Gizir Tetan Qurbanov 44 günlük odlu alovlu Vətən müharibəsinin iştirakçısıdır. Hazırda azad olunmuş torpaqlarımızda xidmətini davam etdirir.
Vətənpərvər dayılarının yolu ilə gedən gizir Vəlizadə Mais Çingiz oğlu vətən torpağının düşməndən təmizlənilməsində qəhrəmancasına döyüşüb. O, da hazırda tarixi torpaqlarımızda Vətənə xidmətini davam etdirir. Mais Vəlizadə Ali Baş Komandan tərəfindən "Zəngilanın azad olunmasına görə" medalına layiq görülüb. Vətən,torpaq sevgisi ilə alovlanan, onun hər qarışı üçün canını fəda edən ailənin igid oğullarını memarı olduqları Zəfər Qələbəmiz münasibətilə təbrik edirik!

Surxay ŞAHBAZOV
Region-press qəzetinin baş redaktoru


Oxunub: 677
Oxşar xəbərlər
SON XƏBƏRLƏR