dini radikalizm və ekstremizmlə mübarizə

ŞƏHİD QIZININ ÜRƏK PARÇALAYAN SÖZLƏRİ


Bu gün oxucularıma bir qəhrəman haqqında danışacam. Baxmayaraq bu qəhrəmanların sayı minlərlədir, amma hər birinin yarım qalmış taleyi qəhrəmanlıq salnaməsidir.
Şəhid Musaoğlu Ataməli Seyidməmməd oğlu əslən Neftçala rayonunudan olsa da Lökbatan qəsəbəsində dünyaya göz açıb. BDU məzunu olub. Xəzər universitetində magistr tələbəsi olan Ataməli psixoloq kimi fəaliyyət göstərirdi. Ailəli idi
2 yaşında Gül adlı qızı var. Evin tək oğlu olan Ataməli vətənpərvər ailədə tərbiyyə almışdı.
Şəhidimizin anası Leyla ana deyirdiki Ataməli hər zaman deyerdi "Ana səni elə ucalara qaldıracam ki, mənimlə fəxr edəcəksən."
Leyla ananın söhbətlərindən:- Ataməlinin çox arzuları vardı.
Hələ uşaq yaşlarından çox mərd və qürurlu idi həm də gözündə zərrə qədər qorxu yox idi.
Çoxlu kitablar oxuyardı, mütaliyyəni sevirdi.
Şəhidimizin atası Seyidməmməd ata deyir ki, Vətən Müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılmışdı. Hərbi komisarlıqdan bu gün deyil sabah gələrsiniz deyildiyində ailəsinin yanına dönəndə sanki utanırdı, məni niyə bu gün aparmadılar sözləri rəsmən simasından oxunurdu.
Bir gün sonra yenidən hərbi komisarlıqa gedendə bizə dedi ki, mənim arxamca ağlamayın mən istədiyim kimi məni yola salın. Göz yaşısız qürurlu. Ataməlinin istədiyi kimidə onu yola saldıq.
Sohbətimiz əsasında şəhidimizin qızı nənəsinin qucaqında gəldi divardakı atasının şəkilinə baxırdı.
Leyla ana Ataməli Şəhid olandan sonra bir gün eyni bu yerdə Gül divardakı atasının şəkilinə baxaraq nənə: "atamın qanadlarına baxın " Leyla ana atandı hə qızım demiş Gül yenədə təkrar bu sözü nənəsi təklarlamışdır: "atama bax qanadları var başının ustündədə işiq da var".
Deyirlər uşaqlar mələkləri görürlər kim bilir bəlkədə Gül atasını görürmüşdü. Amma bəlkə deməyim mən Gülün atasını gördüyünə inanıram.
Leyla ana: Ataməli qızına çox bağlı idi, övladı ilə bağlı çox arzuları var idi. Amma zalım fələk balama övladının boya başa çatmasını görməyə qoymadı. Ananı qəhər boğduğuna görən
Seyidməmməd ata sözə başladı:- Ataməli Şəhid olandan sonra biz bildik ki, Ataməli psixoloq olduğu üçün döyüş zamanı nə qədər döyüş yoldaşlarına dəstəy olurmuş, döyüşün ən çətin anında yanındakı əsgərləri ruhlandırırmiş.
Döyüş yoldaşlarının dediyinə görə altı post alıblar, yeddincidə Agdərə rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Döyüşlər zamanı səngərin digər tərəfində yoldaşı vurulub. Döyüş yoldaşı deyib ki, Ataməli qalxma, səni vuracaqlar. Deyib ki, səni orada elə qoya bilmərəm. Qalxanda ürəyindən vurublar”.
Ata fikrə dalaraq ah çəkdi
və dedi: -Ataməli mənim ad günündə 16 oktyabr tarixində Ağdərə rayonunda şəhid olduğunu öyrəndiyimdə düşündüm -oğlum mənə Şəadətini hədiyyə etdi.

PS. Ataməli də bir çox məmur övladları kimi vətənə xidmət etməkdən yayına bilərdi. Amma o, Vətən Muharibəsinə könüllü yollandı. Vətəninə bağlı olan Ataməli öz arzularından ailəsindən, yeganə övladından doymadan düşünmədən işğal altında olan torpaqları azad etməy üçün yola düşdü. Gül qızını ailəsinə əmanət qoydu. Azərbaycan Silahlı Qüvvələrinin Baş Kəşfiyyatçısı kimi xidmət etdi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən
Ölümündən sonra Ataməli Musaoğlu "Vətən Uğrunda" və "İgidliyə görə medalı" ordeni ilə təltif edilmişdir.
Bu gün bizlər azadlıqımızı, rahatlıqımızı məhz Ataməli kimi igid qəhrəman ogullarımıza borcluyuq. Şəadətin mübarək Şəhidim.

Ravin Həsənov
Hərbi jurnalist



Oxunub: 1 154
Oxşar xəbərlər
SON XƏBƏRLƏR