dini radikalizm və ekstremizmlə mübarizə

QƏLƏBƏNİ BİZƏ YAŞADAN İGİDLƏR

Baxış Sayı:206


30 YAŞINI CƏNNƏTDƏ QARŞILAYAN ŞƏHİD
Həyatının ən büllur çağını- gənclik estafetini şəhidlik məqamı ilə çıraqlandıran vətən sevdalısı Vüqar Sarıyev bu gün ömrünün 30-cu baharını Cənnətdə qarşılayır. Müqəddəs dini İslamın buyurduğu namazı, orucu ilə...
Torpaqlarımızın azdlığı qəhrəmanları haqqında hər dəfə yazanda, yazacağın hər sözü, hər sətiri layiqli yazım-deyib düşünürsən. Onlara yaraşan daha layiqli sözü unudacağından ehtiyatlanırsan. Axı, bu oğlanlar işin ən çətinini, bəzən real görünməyən tapşırıqları da bacarıblar...
İlk qələbə soraqlı Talış kəndinin, Suqovuşanın alınmasında xüsusi sücayətli, müddətdən artıq hərbi qulluqçu Vüqar Sarıyevin döyüş yoldaşı Fərid Məmmədlinin göndərdiyi məktubda deyilir: “ 27.09. 2020-ci il tarixində, döyüşün başladığı ilk gün düşmənin 482 deyilən yüksəkliyi istiqamətində düşmənin müdafiəsini yardıq. Verilən tapşırıqla həmin yuksəklik götürülməlidir. Həmin yüksəkliyin götürülməsində 1-ci qrupun çox böyük zəhməti oldu, Sarıyev Vüqar qardasım da o qrupun tərkibində erpekasniki, ən güclü silah onda idi. Həmin gün o yuksəkliyi düşməndən aldıq, 3 gün ərzində qarsımızda olan düsmənə komək üçün gələn qüvvənin qarsısın aldı Vüqar. Qardasım gecə - gündüz imkan vermədi onlar gözünü açsın, 3 gün ərzində toplam heç 10 saat da yuxu yatmadı o. Çox adam inanmaz bəlkə də, Vüqar həqiqətən də canıyla yorulmaq bilmirdi. Çox dağlar qalxdıq, çox dərələr düşdük, nə əziyyətlər çəkdik birlikdə, tək Allah bilir, bir də sağ qalan qardaşlarımız.”
Amankənd kəndində 26.11.1990-ci ildə anadan olan Sarıyev Vüqar Fikrət oğlu kənd orta məktəbini, ardınca peşə təhsilini başa vurub. Həqiqi hərbi xidmətini başa vurmuşdur. Müddətdən artıq hərbi qulluqçu, kəşfiyyatçı kimi 4 il idi ki, vətənə xidmətini ön cəbhədə davam etdirmişdir.
10.10.2020-cu il tarixində Suqovuşan qələbəsindən az sonra, döyüşlərdə şəhid olan qəhrəmanımız ailəli idi. Böyük oğlu 6 yaşlı Əliəsğər, qızı 4 yaşlı Rüqayyə, kiçik oğlu 2 yaşlı Məhəmmədəli vətənə əmanətdir.

Allah Rəhmət Eləsin!.

Surxay ŞAHBAZOV
"Region-press" qəzetinin baş redaktoru


Oxşar xəbərlər
SON XƏBƏRLƏR